Puan vermedi·160 syf.····Okunma: 27 Ağustos 2021 06:58 Zülfü Livaneli, kitabları haqqında çox müsbət rəy oxuduğum yazar idi. Onun qələmi ilə tanış olmağa bu kitabla başladım. Normalda kitablar çox təsir etmir mənə. Amma, bu kitabı həm tez oxuyub sonunu bilmək, həm də bitirmək istəmirdim. Daha çox vaxt keçirmək istəyirdim kitabla.
Yazıçının qələmi çox xoş, incə gəldi. Məzmun olaraq mənə görə standart bir məzmuna sahib deyil.
Kitabın sonlarına yaxın artıq çox həyəcanlanırdım sonunu bilmək üçün. Mələknazı tapa biləcəkmi? Tapacaqsa, nəticəsi necə olacaq?
Uzun sözün qısası, şiddətlə tövsiyə edirəm oxumağınızı!
Xoş mütaliələr.