Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

560 syf.
7/10 puan verdi
·
Beğendi
·
18 günde okudu
Cariyəlikdən sultanlığa gedən yolda Osmanlı sarayının bir çox qanunlarına meydan oxuyan ,gözəlliyi və zəkası ilə dillər əzbəri olan Hürrəm sultanı birdə kitabdan oxuyum dedim. İlk səhifələr Sultan Süleymanın Osmanlı taxtına necə çıxması ,sonrasında saray haqqında məlumatın verilməsi ilə başlayır . Ümumilikdə kitab "Muhteşem yüzyıl"  serialı ilə 80% oxşarlıq təşkil edir. Lakin,  serialda Hürrəm sultan sempatik  göstərildiyi halda kitabda bu heç də belə deyil . Bu təzadlıq  uşaqlarına olan sevgi və davranışlarında da var . Və əsərin kuliminasiya nöqtəsi olan Şəhzadə Mustafanın qətli kitabda da sizi kövrəldəcək . Ümumilikdə kitabı çox bəyəndim və dili sadədir. Tarixdə yaşananlarla kitabın qurğusu nə qədər üst-üstə düşür bu mübahisə doğura bilər, lakin marağı olan hər kəsin sevə biləcəyi bir kitabdır .
Aşkın Sırrı Hürrem Sultan
Aşkın Sırrı Hürrem SultanViorica B. Stircea · Profil Yayıncılık · 201127 okunma
·
192 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.