Gönderi

464 syf.
·
Not rated
·
Read in 6 days
"Mən daim pislik arzulayan və daim yaxşılıq edən qüdrətin bir hissəsiyəm". Yenə bir roman içində roman. Bulqakovun siyasi rejimdən gizli olaraq 12 il ərzində yazdığı bu əsəri "başımdan böyük qələt edərək" klassik hesab etmirəm. Mistizim, fantastika, məhəbbət, satira altında birləşən əsər bir tərəfdən XX əsr Moskovasının canlı təsvirini verir, digər tərəfdən əfsanəvi hökmdar Ponti Pilatın İsanı edam etdirməsi, həmin dövrdə baş verən hadisələri şərh edir. Bunları birlikdə verməkdə Bulqakovun məqsədi, çox güman ki, Stalin dövründə qurulan cəmiyyətin israrla ateizmi təbliğ etməsi və kilsəyə qarşı etinatsızlıq idi. Və nəticə də, Şeytan Moskovaya enir...Nəsrdə həcvdən məharətlə istifadə edən yazıçı dövrün "axmaqlıqlarını" satirik donda, fantastik biçimdə oxucuya təqdim edir. Nəyisə təhlil edəndə obrazlar üstündə dayanmağı sevmirəm, ona görə daha ümumi faktlara əsaslanaraq portret çəkməyə çalışıram. Maraqlı hissəsi budur ki, Bulqakov romanın SSRİ-də uğur qazanmayacağını düşünərək ona yandırmışdır, bunu romanda özü də Masterin Ponti Pilat haqqında yazdığı kitabını yandırması, sonradan isə Volandın "sənət əsərləri yanmır" deyərək neçə illər sonra kitabı ona geri verərək tamamlanmasını istəməsi motividə, görünür, burdan yaranmışdır. Digər maraqlı cəhət, Bulqakov siyasi rejimdən çəkinməməyi romanda dəfələrlə edama göndərilənlərin dilindən "ən böyük ayıb qorxaqlıqdır" formasında oxuculara göstərməyə çalışır. Və romanı da bu motiv əsasında bitirir. Digər tərəfdən əsərdə Master və Marqarita arasında sevgi xətti də göstərilir ki, Marqaritanın sadiq bir şəkildə Masteri unutmaması, yenidən qovuşmaları və məhəbbətin məğlubedilməz gücü təsvir olunmuşdur. Ps. Əvvəlində sıxılsam, ortasında fasilə verib bir başqa kitab bitirsəm də, hadisələr irəllədikcə vaxtın necə keçdiyindən xəbərin olmur. Ayrıca satirik ünsürlər təbəssüm yaradır. Oxumağa dəyər :D
Master və Marqarita
Master və MarqaritaMihail Bulgakov · “Əli və Nino” Nəşriyyatı · 20147.2k okunma
·
245 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.