Master və Marqarita

Mihail Bulgakov
Əsərdə hadisələr, əsasən, Moskvada cərəyan edir. Burada detallar doğru-dürüst təsvir olunur: ziyalı elitasından ta vətəndaş kütləsinə, qulluqçulara, evdar qadınlara, küçədən keçənlərə, Varyete tamaşaçılarına qədər bütün şəhər əhalisi təqdim edilir. Onlar nə qədər müxtəlif olsalar da, ancaq bir cəhət ümumidir: əslində, onlar nə adamdırlar, nə də “canlıdırlar”, proqramlaşdırılmış varlıqlardır. Bulqakov Moskvasının hər bir sakini müəyyənləşdirilmiş istiqamət üzrə hərəkət edir, hər bir sosial statusun daşıyıcısı üçün nəzərdə tutulmuş hüdudlarda düşünə bilir. İnsanlar arasında əlaqələr, münasibətlər forması və strukturu dəyişməz qalır. Bu proqramlaşdırılmış çevrədən çıxmağa kimsənin gücü çatmaz. Onların varlığı elə-belə, sanki, riyazi minus işarəsi ilə, “tərsinə” mövcudluqdur. Bu məntiqlə yanaşılsa, Bulqakovun Marqaritası nə Madonnadır, nə də ifritə. Onun cinə-şeytana uyması nə günah, nə də tənəzzüldür, sağlamlıq və uçuşdur, özü də simvolik mənada deyil, nağıl fəlsəfəsində süpürgəyə minib uçmaq gerçək uçuşdur: şeytan onu sehrli avtomobilə mindirir. Burada hər şey əksinədir: Marqarita uşağı öldürmür, amma panikaya düşmüş evdə balaca oğlanı sakitləşdirir, onu oxşayır, anası Fridanı lənətdən xilas edir...
Author:
Mihail Bulgakov
Mihail Bulgakov
Translator:
Saday Budaklı
Saday Budaklı
Estimated Reading Time: 13 hrs. 9 min.Page Number: 464Publication Date: 2014First Publication Date: 1966Publisher: “Əli və Nino” NəşriyyatıOriginal Title: МАСТЕР И МАРГАРИТА
Country: TürkiyeLanguage: TürkçeFormat: Karton kapak

Comments and Reviews

See All
464 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 9 days
Kitab haqqında yayılan şaiələrə baxmayaraq ürəklənib kitabı oxumağa qərar verdim. Deyilənlərə görə kitabı oxuyanların həyatında uğursuzluqlar baş verir. Hətta, filmi çəkiləndən sonra film heyətinin başına gəlməyən qalmayıb. Mən oxudum, Allaha şükür, həyatımda hər şey öz axarında davam edir. Spoiler verməmək üçün ətraflı yazmayacağam. Ancaq sevgi insana ruhunu şeytana satdıracaq qədər güclü ola bilərmi? Kitab məndə bu sualı yaratdı. Oxumağa dəyər, axıcı, həyəcan dolu bir kitab oldu.
Master və Marqarita
Master və MarqaritaMihail Bulgakov · “Əli və Nino” Nəşriyyatı · 20147.2k okunma
Reklam
464 syf.
·
Not rated
·
Read in 6 days
"Mən daim pislik arzulayan və daim yaxşılıq edən qüdrətin bir hissəsiyəm". Yenə bir roman içində roman. Bulqakovun siyasi rejimdən gizli olaraq 12 il ərzində yazdığı bu əsəri "başımdan böyük qələt edərək" klassik hesab etmirəm. Mistizim, fantastika, məhəbbət, satira altında birləşən əsər bir tərəfdən XX əsr Moskovasının canlı
Master və Marqarita
Master və MarqaritaMihail Bulgakov · “Əli və Nino” Nəşriyyatı · 20147.2k okunma
464 syf.
·
Not rated
·
Read in 35 days
"Başa düşün, dil həqiqəti gizlədə bilər, göz isə heç vaxt! Fərz edək ki, sizə qəfil sual verirlər, sizin tükünüz də tərpənmir, bir anın içində özünüzü ələ alıb bilirsiniz ki, həqiqəti gizlətmək üçün nə demək lazımdır və inamla onu deyirsiniz, üzünüzün bir cizgisi də tərpənmir. Ancaq əfsuslar, sualın tərpətdiyi həqiqət bir anın içində
Master və Marqarita
Master və MarqaritaMihail Bulgakov · “Əli və Nino” Nəşriyyatı · 20147.2k okunma
464 syf.
5/10 puan verdi
·
Read in 7 days
Diqqətlə oxunması zəruridir!
"Diqqətlə oxunması zəruridir" Yuxarıda da yazdığım kimi.Çox diqqətlə oxumaq məsləhətdir.Daha öncə yazardan oxumadığım üçün tərzinə bələd deyildim.Tipik bir rus yazar ilə qarşı-qarşıyasınız.Lakin,əsər barədə bunu deyə bilməyəcəm.Çox "uc" nöqtələrdə təsvir gücü olan bir kitabdır.Bəzi hissələrini inanılmaz bəyənsəm də,bəzi hissələri başa düşməkdən çətinlik yaşadım,hətta sıxıldım da.Səhifələrin adlarla dolu olması və bir mövzudan digərinə anidən keçməsini bəyənmədim. Kitabı oxumuş tanıdıqlarım bu əsəri çox bəyəndiklərini söylədilər.
Master və Marqarita
Master və MarqaritaMihail Bulgakov · “Əli və Nino” Nəşriyyatı · 20147.2k okunma
Reklam
464 syf.
·
Not rated
·
Read in 26 days
.............................................. Qatil tində qarşına qəfil necə çıxırsa, eşq də eləcə, qəfil qarşımıza çıxıb, hər ikimizin ürəyindən vurdu! ..............................................
Master və Marqarita
Master və MarqaritaMihail Bulgakov · “Əli və Nino” Nəşriyyatı · 20147.2k okunma
464 syf.
9/10 puan verdi
Əsər oxucunu başlanğıcdan sona kimi fikir fantaziyasında səyahətə aparır.Fantastika əslində reallığın izah edilə bilməyən üzü kimi görünür,bir də siyasətin içərisinə məhəbbət qarışdırılnca maraqlı alınır.
Master və Marqarita
Master və MarqaritaMihail Bulgakov · “Əli və Nino” Nəşriyyatı · 20147.2k okunma
464 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 3 days
Master və Margarita, Sovet dövrünün ən nüfuzlu rus yazıçılarından biri olan Mihail Bulgakovun ən mühüm əsərlərindən biridir. Roman 1928-1940 illəri arasında yazılıb, lakin Mihail Bulgakovun ölümündən sonra, 1967-ci ildə ilk dəfə olaraq tam şəklində dərc edilmişdir. Master və Margarita, dini və siyasi mənada zəngin xəyal dünyası ilə tanınan, mistik
Master və Marqarita
Master və MarqaritaMihail Bulgakov · “Əli və Nino” Nəşriyyatı · 20147.2k okunma
464 syf.
·
Not rated
Kitabın ilk səhifələrini oxuyarkən dini mövzuda olduğunu düşünmək olar. Lakin diqqətli oxucu təsdiq edə bilər ki, mürəkkəb süjet xəttinə malik bu əsər heç də yalnız bu mövzunu əhatə etmir. Tərcüməçi, regent və bir çox obrazlarla qurbanlarının qarşısına çıxan Voland müəyyən zaman kəsiyində Moskvada baş verən qəribə hadisələrin baiskarına çevrilir. Üstəlik bu işlərdə ona Azazello, Korovyev-Faqot, Gella və "danışan pişik" begemot da kömək edir. Master və Marqarita isə qurbanlardan fərqli olaraq Voland sayəsində əbədi dünyanın səadətinə qovuşurlar. Əlavə olaraq, əsərdə İsa peyğəmbərin dövründə yaşamış prokurator Ponti Pilat və onun əmrilə edam edilən Qa-Nosri və onun vəfalı şagirdi olmuş Levi Matveyin də hekayəsindən bəhs olunur. Bəs bu iki əhvalat arasında əlaqə nədən ibarətdir? Volandın məqsədi nə idi və nələrə nail oldu? Master və Marqaritanın taleyinə bunlar necə təsir etdi? Qeyd etməliyəm ki, əsər uzun illər araşdırmaçıların marağına səbəb olmuş və müzakirə mövzusu olmuşdur. Lakin əsərin ideyası haqqında fikir müxtəlifliyi hələ də qalmaqdadır.
Master və Marqarita
Master və MarqaritaMihail Bulgakov · “Əli və Nino” Nəşriyyatı · 20147.2k okunma
Reklam
464 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 49 days
Nasıl izin verilmiş bu esere dedirten kitap :)
Bir rus yazarın kaleminden çıktığını karakterlerin fazlalığı belli ediyor. Eser çok farklı zaman dilimlerinde, farklı insanların hayatlarını konu ediyor ve onları birleştiren tek nokta olan şeytan ve arkadaşlarının tuhaf maceraları. Bazı kısımlarda sıkıldığımı itiraf edeyim ama genel olarak çok güzel bir kitaptı. Özellikle beni etkileyen bazen şeytanın daha vicdani davranışlarıydı. Diğer etkilendoğim kısımsa, Roma elçisinin yahudi rahiple aralarında geçen konuşma ve sonucunda ölümüne karar verecekleri romalı filozofla yahudi adam arasında seçim yapmalarıydı. Romalı filozof elbette suçuzdu. Ama yahudi de bir o kadar temizdi. Tekrar okur muyum? - Evet
Master və Marqarita
Master və MarqaritaMihail Bulgakov · “Əli və Nino” Nəşriyyatı · 20147.2k okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.