Master və Marqarita

Mihail Bulgakov

Master və Marqarita Reviews

You can find Master və Marqarita reviews, Master və Marqarita book reviews, Master və Marqarita ratings on 1000Kitap.

Score

8Out of 10
2,533 People · 514 Review
464 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 9 days
Kitab haqqında yayılan şaiələrə baxmayaraq ürəklənib kitabı oxumağa qərar verdim. Deyilənlərə görə kitabı oxuyanların həyatında uğursuzluqlar baş verir. Hətta, filmi çəkiləndən sonra film heyətinin başına gəlməyən qalmayıb. Mən oxudum, Allaha şükür, həyatımda hər şey öz axarında davam edir. Spoiler verməmək üçün ətraflı yazmayacağam. Ancaq sevgi insana ruhunu şeytana satdıracaq qədər güclü ola bilərmi? Kitab məndə bu sualı yaratdı. Oxumağa dəyər, axıcı, həyəcan dolu bir kitab oldu.
Master və Marqarita
Master və MarqaritaMihail Bulgakov · “Əli və Nino” Nəşriyyatı · 20147.2k okunma
464 syf.
·
Not rated
Kitabın ilk səhifələrini oxuyarkən dini mövzuda olduğunu düşünmək olar. Lakin diqqətli oxucu təsdiq edə bilər ki, mürəkkəb süjet xəttinə malik bu əsər heç də yalnız bu mövzunu əhatə etmir. Tərcüməçi, regent və bir çox obrazlarla qurbanlarının qarşısına çıxan Voland müəyyən zaman kəsiyində Moskvada baş verən qəribə hadisələrin baiskarına çevrilir. Üstəlik bu işlərdə ona Azazello, Korovyev-Faqot, Gella və "danışan pişik" begemot da kömək edir. Master və Marqarita isə qurbanlardan fərqli olaraq Voland sayəsində əbədi dünyanın səadətinə qovuşurlar. Əlavə olaraq, əsərdə İsa peyğəmbərin dövründə yaşamış prokurator Ponti Pilat və onun əmrilə edam edilən Qa-Nosri və onun vəfalı şagirdi olmuş Levi Matveyin də hekayəsindən bəhs olunur. Bəs bu iki əhvalat arasında əlaqə nədən ibarətdir? Volandın məqsədi nə idi və nələrə nail oldu? Master və Marqaritanın taleyinə bunlar necə təsir etdi? Qeyd etməliyəm ki, əsər uzun illər araşdırmaçıların marağına səbəb olmuş və müzakirə mövzusu olmuşdur. Lakin əsərin ideyası haqqında fikir müxtəlifliyi hələ də qalmaqdadır.
Master və Marqarita
Master və MarqaritaMihail Bulgakov · “Əli və Nino” Nəşriyyatı · 20147.2k okunma
Reklam
464 syf.
·
Not rated
·
Read in 6 days
"Mən daim pislik arzulayan və daim yaxşılıq edən qüdrətin bir hissəsiyəm". Yenə bir roman içində roman. Bulqakovun siyasi rejimdən gizli olaraq 12 il ərzində yazdığı bu əsəri "başımdan böyük qələt edərək" klassik hesab etmirəm. Mistizim, fantastika, məhəbbət, satira altında birləşən əsər bir tərəfdən XX əsr Moskovasının canlı
Master və Marqarita
Master və MarqaritaMihail Bulgakov · “Əli və Nino” Nəşriyyatı · 20147.2k okunma
464 syf.
·
Not rated
·
Read in 26 days
.............................................. Qatil tində qarşına qəfil necə çıxırsa, eşq də eləcə, qəfil qarşımıza çıxıb, hər ikimizin ürəyindən vurdu! ..............................................
Master və Marqarita
Master və MarqaritaMihail Bulgakov · “Əli və Nino” Nəşriyyatı · 20147.2k okunma
464 syf.
·
Not rated
·
Read in 35 days
"Başa düşün, dil həqiqəti gizlədə bilər, göz isə heç vaxt! Fərz edək ki, sizə qəfil sual verirlər, sizin tükünüz də tərpənmir, bir anın içində özünüzü ələ alıb bilirsiniz ki, həqiqəti gizlətmək üçün nə demək lazımdır və inamla onu deyirsiniz, üzünüzün bir cizgisi də tərpənmir. Ancaq əfsuslar, sualın tərpətdiyi həqiqət bir anın içində
Master və Marqarita
Master və MarqaritaMihail Bulgakov · “Əli və Nino” Nəşriyyatı · 20147.2k okunma
Reklam
516 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.