10/10
·216 syf.··
Beğendi
·
2021 9. kitabı
·
19 saatte okudu
·
Okunma: 28 Ağustos 2021 16:33
İlk dəfədir bir kitabı oxuyub analiz etmək istədim.İlk öncə qeyd edim ki,Ömər Xəyyam dahi fars şairi,astronomu və riyaziyyatçısıdır.Şərqdə rübailəri,şeirləri ilə tanınsa da,Qərb dünyasında elmi-fəlsəfi fikirləri ilə tanınmışdır.Nəzərə alaq ki,Ömər Xəyyam XI-XII əsrlərdə yaşamışdır.Bu dövr Avropa tarixində "qaranlıq çağlar" olaraq adlandırılır.Ömər Xəyyam da məhz "islam intibahının" yetirmələrindən biridir.Xüsusilə,yaşadığımız Şərq və Asiya  coğrafiyasinda şəxsiyyətinə və yazdıqlarına  qarşı xoşagəlməz fikirlər,qərəzli ittihamlar səsləndirilib.Şəraba olan düşkünlüyü,ibadətə,dinə olan istehzalı misraları ona qarşı qərəzli fikirlərin yaranmasına səbəb olmuşdur.Kitabı oxuyarkən insan Ömər Xəyyamın təkcə poeziyasına deyil,həm də dərin düşüncə tərzinə,riyazi biliklərinə də heyran olur.Yazdığı rübailərdəki mövzuların bugün də aktual olması diqqət çəkicidir.Şairin riyaziyyata olan sevgisi və marağı bu misralarda hiss edilir. Sevgili ,seninle ben pergel gibiyiz: İki başımız var,bir tek bedenimiz Ne kadar dönersem döneyim çevrende: Er geç baş başa verecek değil miyiz? XXI əsrdə hələ də qərb dünyasında səbəb -nəticə əlaqəsi(türkçə nedensellik),azad iradə kimi mövzular istər elm dünyasında,istərsə də fəlsəfədə müzakirə olunan məsələlərdəndir.Dünyəvi adı ilə desək determinizm hələ də həllini tapmamış problem olaraq qalır.Nümunə: İçeceğimi biliyordu Tanrı İçmezsem Tanrı yanılmış olur. Bu misralardan aydın olur ki,o,azad iradənin olmamasına,yəni hər şeyin əvvəlcədən müəyyən edildiyinə işarə edir. Nümunə: Beni özene bezene yaratan kim? Sen! Ne yapacağımı da yazmışsın  önceden. Son olaraq ağlıma Stiven Hokinqin bir yazısı gəldi.O yazırdı ki, keçmişdə müdrik insanlar,alimlər,şairlər bir neçə sahə ilə eyni anda məşğul olmuşlar.Ömər Xəyyam da bunun bariz nümunəsidir. Bir gün Şərqdə də lazımı dəyərin verilməsi,təkcə içki düşkünü şair olaraq adlandırılmaması diləyilə!
DörtlüklerÖmer Hayyam · Türkiye İş Bankası Kültür Yayınları · 202527,9bin okunma
·
67 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.