Gönderi

Nərmin Həsənzadə bir yorumu yanıtladı.
516 syf.
4/10 puan verdi
Uzunmüddətli fasilədən sonra bədii ədəbiyyat oxumağa bu əsərlə başladım və iradəmi toplayaraq bu əsəri sona çatdırmağımda bu faktorun rolu böyük idi. Ümumi qiymətləndirməni və təhlilləri nəzərə alsaq, əsər olduqca bəyənilib. Amma giriş cümləmdən və qiymətləndirmə balımdan məndə yaratdığı təəsürat bəllidir, yəqin ki. Bismillah; Müsbət
Masumiyet Müzesi
Masumiyet MüzesiOrhan Pamuk · Yapı Kredi Yayınları · 202242.1k okunma
·
199 views
Tinuviel okurunun profil resmi
Featured Comment
Ya axırda tam da həmişə ağlımda olan bir şeyə toxunmusan ; Xəyanətkar obrazı ucaltmaq. İlahi, bu nədir axı ? Heç qəbullanmayacağım, əfv etməyəcəyim bir şey. Hadi deyək ki, əsərdə / serialda baş rol bu ikinci qadındır, hər şeyi onun gözü ilə görürük deyə empatiya qura bilirik. Bəs ilk qadına - xəyanət edilən və ya bildiyin qıraraq tərk edilən sevgiliyə niyə qəzəb, hətta nifrət bəsləyirik ? Onun sonrakı mənfi davranışlarına görə söyürük, ölsün istəyirik. Niyə ? Mən intiqam kafasında birisi deyiləm elə də, amma çox oxucu, çox izləyici qat-qat artığını edər / deyərdi. Bilmirəm, mənə ikiüzlülük kimi gəlir.😕
Nərmin Həsənzadə okurunun profil resmi
Düşüncələrimi yazıya tökmüsən. İncələməmdə bunu ətraflı yazacaqdım, amma klaviatura yaxşı işləmirdi deyə qısa kəsdim. Orhan Pamuk hər hadisəyə elə məsumluq çaları qatır ki. İnan, oxucunun empatiya hissindən sui-istifadə ilə "Bir pedofilinin gözünden hayat" əsəri yazsa, baş obrazın hərəkətləri mühakiməyə açıq olmaz. Hər hadisəyə yaşayanın psixoloji, nəfsi istəyi ilə baxdıqda, baş verənlərin digər insanlara təsiri gözdən qaçır. Həyat oxucunun nəzərində baş obraz mərkəzli olur. Qısası, yersiz empatiya doğru və yanlışı ortadan qaldırır.
2 next answer
Tinuviel okurunun profil resmi
Yazı tərzin səliqəli, şişirtmələrdən uzaq, sakin və nə demək istədiyini bilən şəkildə olur həmişə. Sevirəm bunu. Əlinə sağlıq☆
Nərmin Həsənzadə okurunun profil resmi
Təşəkkür edirəm, Tinuviel 🤩 Hələ indi sonlandırdım rəyimi. Klaviatura problem yaradırdı. Sonunu da oxu🤓❤
1 next answer
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.