Gönderi

216 syf.
7/10 puan verdi
·
Beğendi
Anatole France daha əvvəl oxumadığım nobel mükafatlı bir fransız yazıçısıdır. Mifologiyadan bəslənmiş, din və fəlsəfə ilə yoğrulmuş dəyərli bir əsər olan "Thais"də insalığı bütün dövrlərdə düşündürən bir suala cavab axtarılır : "bədənin istək və həzzlərindən, dolayısı ilə, şəhvət hissindən vaz keçiş insanı gerçək kamilliyə, ala-yi illiyinə(mələklərdən üstün səviyyəyə) çıxarırmı?" Belə ki, 10 ildir monastıra qapanıb vaxtını sadəcə tövbə və Tanrıya ibadət edərək keçirən Paphnuce-n bir gün xəyalına gənc ikən tanıyıb, pərəstiş etdiyi yüngül əxlaqlı, gözəl bir aktrisa olan Thais gəlir. Və bu qadının xəyalı heç cür rahibi tərk etmir. Sonunda çarəni gedib Thaisi tapıb onu dinə dəvət etməkdə görən Paphnuce mənəvi anlamda çətin və əzablı bir səyahətə başlayır. Sonradan olacaqlar isə oxucunu ziddiyyətli bir düşüncə burulğanına məruz qoyur. Bütün həyatını şəhvətin zirvələrində yaşadığı halda daim iç hüzurunun və Tanrının axtarışında olan əxlaqsız qadınmı, yoxsa ömrünü ibadətə adayıb, Tanrının insanoğlu üçün var etdiyi duyğuları ört-bas edərək yaşamağa çalışan kibirli bir rahibmi üstündür?! Hadisələrin gedişatı əsərin sonunda bu sualın cavabını açır və hər şey oxucuya məlum olur. Bu sual sizi də düşündürürsə və altını xətləməkdən bir təhər olacağınız bir çox fəlsəfi görüşlərin düellasına şahid olmaq istəyirsinizsə sadəcə oxuyun :)
Thais
ThaisAnatole France · Bordo Siyah Yayınları · 2004214 okunma
·
109 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.