Gönderi

8/10
·512 syf.··
Beğendi
·
2021 3. kitabı
·
7 günde okudu
·
Okunma: 01 Eylül 2021 19:20
Viktor Hüqo qələmi ilə ilk tanışlığım bu kitabla oldu. Yeni-yeni oxumağa başlayan biri üçün hədsiz ağır və yorucu olsa da, kitabın ilk 150 səhifəsindən sonra rəvan şəkildə axıb getdiyini deyə bilərəm. Yazarın Parisi necə çox sevdiyini əsərin hər köşəsində yer alan uzun və bəzən yorucu tarixi memarlıq izahlarından görmək olur. XV əsrin adət ənənələrini, yaşam tərzini, geyimlərini, memarlıq incilərini və əsərin baş qəhramanı olan Notr-Dam kilsəsini böyük ehtişamla təqdim etməkdən yorulmayan yazara ara-bir isyan etdiyim də oldu. Lakin bu əsərin möhtəşəmliyi və dərinliyi də, aid olduğu dövrün ruhunu yansıdan memarlığın hələ mətbəə və çap yaranmazdan öncə bilgini və fikir axımlarını qoruyub saxlayan və gələcək nəsillərə ötürən ən vacib ünsür olduğunu bizə çatdırmasındadır. Bu qədər zəngin tarix bilgisiylə, antik yünan və şərq ədəbiyyatı, dinlər və inanclar haqqında müşahidələrini qələmə alan yazarın dərin savadına heyran olmamaq mümkün deyil. Nə qədər yorucu gəlsə də və şəxsi zövqümlə uyğunlaşmasa da, əsərin ağırlığına dərin hörmət yarandı məndə. İndi isə əsərdəki insani, əxlaqi, mənəvi və maddi dəyərlər fonunda baş verən hadisələr haqqında fikrimi yazmaq istəyirəm. Oxucu həqiqətən bu kitabın dərin qatlarına endikcə orada kök salan qarışıq dini etiqadların, gözəllik və çirkinliyin, ədalət və mərhəmətin, köləlik və azadlığın, insana xas olan müsbət və mənfi keyfiyyətlərin çarpışmasını və bunların lal şahidi olan Notr-Damın (kilsə avtoritarlığının) insanları sürükləyib heçliyə, mövhumatçılığa və insafsızlığa necə apardığını görə bilər. Toxunulan mövzular o qədər fövqəlbəşərdir ki illər keçsə də insan təbiətinin iç üzünə baxmaq istəyənlər məhz belə əsərlərə müraciət edəcəklər. Əsərdə Esmiraldaya olan məhəbbətlərin müqayisəsində üç fərqli qəlblə tanış oldum. Oxucu da əgər bu əsərə zaman ayırmağı düşünərsə, xəstə və sağlam sevgi arasındakı, miskin və şərəfsiz davranan insanla, cəsarətli, mərhəmətli və sədaqətli insan arasındakı fərqlərdən nəticələr çıxaracaqdır. Esmiraldanın kor-koranə bağlandığı məhəbbətin sadəcə zahirə yönələn, dərinliksiz bir boşluq olduğunu, Keşişin saplantılı və xəstə "sevgisinin" iyrənc şəhvani hirs və tamahdan başqa bir şey olmadığını, Feb və Qrenquard kimi miskin insanların gerçək üzünün nə zaman üzə çıxdığını, Kvazimodanın böyük qəlbinin insanı riqqətə gətirməsini və daha nələri görmək üçün səbrlə oxunulması lazım olan bir əsərdir bu. Əsər haqqında ürəyim doludur lakin oxucunu daha çox yormaq istəmirəm. Əgər kifayət qədər əsər oxumusunuzsa və ilk 200 səhifəni aşacaq səbrə sahibsizsə bu əsərə şans verməyinizi tövsiyə edirəm. Sizə çox şey qatacaq! Xoş mütaliələr! Payız adam
Paris Notr-Dam KilsəsiVictor Hugo · Qanun Nəşriyyatı · 201642,1bin okunma
··
1.137 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.