Gönderi

Böyük Məsuliyyətlər Böyük Güc Gətirir
10/10
·200 syf.··
Beğendi
·
2021 5. kitabı
·
7 günde okudu
·
Okunma: 01 Eylül 2021 21:11
Bu kitab, axmaqca "Fərdi İnkişaf" kitablarından biri deyil. Bu kitab, oxuduqdan sonra insanı hər tərəfli inkişaf etdirən kitabdır. Bu kitab, acı həqiqəti üzünüzə rahatlıqla deyə biləcək cəsarətə malik kitabdır. Oxumağa öyrəşdiyimiz "Sən hər şeyi bacararsan. Sənin daxilində böyük bir güc var. Beyninə qoysan hər şeyi edərsən! Kainat sənin əmrindədir" kimi boş və axmaqca cümlələri bu kitabda tapa bilmərsiz. Bu kitab "İstədiyin hər şeyi bacara bilməyəcəksən. İstədiyin hər şeyi edə bilməyəcəksən. Hər kəs səni sevmiyəcək. Hamı səni alqışlamayacaq, tərifləməyəcək." deməyi bacaran kitabdır. Bu kitabı oxumadan əvvəl biraz önyarğıya sahib idim, ancaq indi "yaxşı ki oxudum" deməkdən başqa bir şey deyə bilmirəm.
Ustalık Gerektiren Kafaya Takmama SanatıMark Manson · Butik Yayınları · 201715,4bin okunma
·
30 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.