Gönderi

Göydə bircə bulud yox, Üst-başım su içində, Bu nə yoldu gedirəm; Can qorxusu içində. İçimdən səs deyir ki, Son maraqlı deyil ki, Gedirəm mən min ilki, Qan qorxusu içində. Yol gedirəm mən dəli, Bu yolda dəli, mən dəli. Bu nə yoldu əvvəli, Və sonrası içində. Bədən cana yükdü–yük, Yenə də onu sevdik, Sonsuzluğa gedirik, An qorxusu içində. Bu da son, vaxtım çatır, Canım sona can atır. Mənim kimi qurd yatır, Quş yuvası içində. Bir keçilməz hədd var, hədd,- Hüzn, kədər, bir də dərd… Söz bilirəm-Məhəmməd, İsa, Musa içində. Göydə bircə bulud yox, Üst-başım su içində. Bu nə yoldu gedirəm; Can qorxusu içində. |Rüstem Behrudi.
·
46 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.