·736 syf.····Okunma: 01 Eylül 2021 16:37 Bu kitab seriyasını oxumağı çoxdandır istəyirdim çünki kitab yetəri qədər diqqətimi çəkməyi bacarmışdı hətta oxumaq üzərə olduğum digər kitabları belə ignore edəcək qədər =D
Yazıçı seriyanı 3 kitaba (1 kitab daha var və bu yan hekayədir)və buna müvafiq olaraq da 3 günə bölüb və hər birinin özünəməxsus adları var.Bu günlər isə ,Kvothenin hekayəsini özünün istəyi üzrə yazıya tökən tarixçinin hər bir kitab üçün ayırdığı vaxta əsaslanır.İronik səslənsə də ,yazıçı elə ilk kitabı sadəcə 8 ilə yazıb. xd Naisa...
Tarixçinin hekayələri yazma səbəbinə gəlsək, insanlara düzgün məlumatları çatdırmaqdır çünki , hekayələr həqiqətən həmin hekayələri yaşamayan insanların dillərində dolaşdığı üçün bu, hekayədən savayı qarmaqarışıq bir "qeybət" yumağından artığı deyildi :d
Hekayə , Kvothe adındakı bir "uşağın" həyatının sonrakı dövrlərində niyə görə Kote adını aldığının altında yatan səbəblərin toplusudur. Qısaca isə mövzu, Kvothenin başına gələn hadisələrin stabil həyatını hansı tərzdə dəyişdirdiyi və həmin uşağın bu olan bitən hadisələr qarşısında 0-dan başlamaq olduğu həyatına necə adaptasiya olmasını və öz zəkası sayəsində xəyal etdiyi şeyləri özü üçün necə əlçatan etməsi barədədir.
Həmçinin Kvothenin həm zəkalı olması həm də musiqi ilə məşğul olması da mənə zövq verirdi. Yazıçının da bu detalı vurğulaması xoş idi, çünki kitabın hekayəsinin aid olduğu dövrdə də belə hallar yaxşı qarşılanmırdı...
Bəzən ümidsizliyə dükar qalsa da rastlaşdığı situasiyalara qarşı həmişə o dirəşkən münasibəti belə məncə klişe özünü inkişaf kitablarından daha çox motivasiya edici idi ಠಿヮಠ
...öykü-içinde-öykü yapım ile Harry Potter serisinin akademik arka planını birleşdiriyor ve hepsini kahramanlığın nasıl ters gittiğini anlatan düşündürücü, tamamıyla yetişkinlere hitap eden bir esere dönüştürüyor. Rüzgarın Adı'nı kütüphanenizde Yüzüklerin Efendisi'nin yanına koyun... benzerleri içerisinde en başta anılacağı günü bekleyin."
Kitabın arxasında yazılan bu ifadəyə əsasən, kitabın LOTR və GOT ile təməli eyni ,mövzusu isə fərqli olan bir roman gözləmişdim , ancaq dövrlərin və adı keçən əfsanələrdən başqa bir bənzərlik görmədim.Amma onlardan ziyadə The Witcher' a daha çox bənzəttim. Kvothenin universitet illəri isə mənə Harry Potter' dan bəzi səhnələri olduqca xatırladırdı:')
Niyəsini bilmirəm, amma kitab oxuyarkən normalda 3D olaraq fizioloji insan personajlar təsəvvürümdə canlansa da bunda bir istisna olaraq ,həm insan həm də 2D anime formatında canlanırdı =D Bəlkə də kitabın anime formasında qarşıma çıxma ehtimalına ehtiyacım vardır ahah
Birinci hissə hekayənin təməl hissəsi idi.
2. hissəni də oxumaq niyyətim var idi , lakin 3. hissənin hələ üfüqlərdə oxucularına qovuşmaq barədə planı olmamasından və bunun üzərinə də mənim digər seriya formatında olan kitab və filmlərə qarşı var olan vərdişimə əsasən hər nə qədər oxumaq istəsəm də bu plandan imtina etməli oldum
•́ ‿ ,•̀
Kitabı ümumiyyətlə çox sevdim.Yeri gəldikdə gülməyimə , bir neçə dəfə ağlama həddinə gətirəcək qədər də gözlərimi doldurmağa səbəb olduಥ‿ಥAxıcı olmağından savayı həcmi böyük və şriftləri də xırda idi.Və oxuduğum bəzi kitabların əksinə də dəyişdirmək istədiyim məqamlar çox da yox idi.Ancaq digər kitablarını oxuduqdan sonra bu fikrim də dəyişə bilər who knows..