Gönderi

8/10
·179 syf.··
Beğendi
·
2021 24. kitabı
·
6 günde okudu
·
Okunma: 02 Ağustos 2021 01:33
Hamlet - William Shakespeare Dünya ədəbiyyat tarixində iz qoymuş yazar olan Shakespearein ən məhşur pyeslərindən biri də Hamletdir. Əsərin yaranması haqqında bir neçə fikir irəli sürülür. Shakespearedən əvvəl bu sujet bir neçə dəfə işlənmiş və fərqli adlarla tanınmışdır. Məsələn, İslandiya qəhrəmanı Amiothi əfsanəsi, Danimarkalı Saxo Grammaticusun Danimarka tarixi əsəri, Fransız Belleforestin Tragedik hekayələri (ingilis dilinə The hystorie of hamlet olaraq çevrilmişdir), Hamlet adı ilə isə Shakespearedən əvvəl Thomas Kyd adlı birinin yazdığı ehtimal edilir. Həmçinin J.D. Wilson italyanca basqa bir əsər də olacağını deyir. Bu mənbələrin qeyd olunması da heç təsadüfi deyil. Cünki adıkeçən əsərlərdə obraz adları fərqli olsa da sujet xətti demək olar ki eynidir. Bir neçə məqam və Hamletin xarakteri istisna olmaqla. Kitabı oxuduqda bunları daha yaxşı anlayacaqsınız. Əlqərəz, hərkəsə məlum olan, əsrlərə meydan oxuyan bu əsərin mövzusu və əsərdə çatdırılmaq istənilən fikirlər hələ də öz yerini tapa bilir. Mövzu: Danimarka kralının oğlu Hamlet hərkəs tərəfindən sevilən igid biridir. Atasının ölümü, haqqı olan taxta əmisinin çıxışı, anasının yeni krala qadın olması Hamletdə intiqam atəşinin yanmağına, ədalət zəfərinin çalınması üçün davranmağa səbəb olur.İnsanların dəli olaraq gördüyü amma hərşeydən xəbərdar olan Hamletin qurduğu cümlələr, onun düşüncələri, insana, həyata yanaşma tərzi mənim kitabi oxuyarkən zövq almağıma səbəb oldu. Altı xətlənmiş cümlələrin çoxluğu mənə kitabın boş yerə tarixdə iz qoymadıöını göstərdi. Hər kəsin klassika oxumağını mütləq hesab edən biri kimi Hamleti də siyahınıza əlavə etməyi unutmayın deyirəm :) Yazarın həyatı haqqında oxumaq isə hər zaman mənə fərqli bir zövq verir. Shakespearein həyatını oxuyarkən öyrəndiklərim də mənim üçün dəyərli informasiyalardır. Ailəsi, uşaqları, enişi, yoxuşu, övlad itkisi (oğlu Hamlet 11 yaşında ölür)uğurları və s... hadisələr tarixə bir William Shakespeare qazandırır... Hər kəsə xoş mütaliələr. 27.07.21 18:12 02.08.21 01:33
HamletWilliam Shakespeare · Türkiye İş Bankası Kültür Yayınları · 202358,4bin okunma
·
90 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.