Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

316 syf.
9/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Anar Rzayev - "Beşmərtəbəli evin altıncı mərtəbəsi"
Özünəməxsus üslubda və özünə xas çalarlarla yazılmış əsər. Anarın qələmi o qədər möcüzəlidir ki, hər cümləsindən bir məna, bir dərs alırsan.Sevgi...Bu mövzunu da ustalıqla təsvir edənlər/edə bilənlər çox azdı, düşünürəm ki... Əsər 2 gəncin ağrılı-acılı sevgi macəralarından bəhs edir.Onların sevgisini qəbul edə bilməyənlər, narazıçılıq edənlər isə həddən çox idi.Təhminəni mühakimə edənlər, onu Zaura yaraşdırmayanlar...Dünən qarşılaşdığım bir cümlə var; "Biz adları bilirik, hekayələri deyil"-kimisə ittiham etmək düzgün deyil, çünki biz biri haqda ancaq xaricdən görünən qədər məlumata sahibik, əslində insanı hər cür şəraitə məhkum edən onun daxilindən gələnlərdir, bunu başa düşmək, bəlkə də mühakimə etməkdən daha çətindir.Həyatda təəssüf ki, belələri çoxdur, əslində onlar içərimizdə olan, bizimlə bərabər yaşayan "silahsız düşmənlərimiz"dir, düzdür, onlara heç nə deyə, cəzalandıra bilmərik, lakin əgər vicdanın varsa, bu sənin içindəki ən ali məhkəmədir. Əsərin son cümləsi isə özündə əsərin bütün mövzusunu ehtiva edir.Nə yazıq ki, insanlar başa düşmədilər, beşmərtəbəli evin altıncı mərtəbəsi olduğunu... Və sonda onu deyə bilərəm ki, bütün gəncliyə şiddətlə tövsiyə edəcəyim möhtəşəm bir əsərdi. P.s.Bunlar filmi izləməmişdən öncəki fikirlərimdi, filmini də mütləq izləyəcəyəm.
Təhminə və Zaur
Təhminə və ZaurAnar Rzayev · Qanun Nəşriyyatı · 20141,123 okunma
·
433 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.