·331 syf.····Okunma: 25 Şubat 2021 07:53 José Saramago - Körlük
“Aslında körlük umudun tükendiği bir dünyada yaşamaktı ... “
Yazar bir gün bir kafedə oturub sifarişini gözləyərkən “ hamımız bir anda kor olsaq?” deyə düşünür və davamında da ortaya bu əsərini çıxardır.
Yazıçıdan oxuduğum ilk əsər idi və daha əvvəl oxşar bir kitab oxuduğumu xatırlamıram.İlk başlarda çox təəccüblənmişdim.Çünki Saramago, kitablarında fərqli bir üslub seçib; nöqtə və vergüldən başqa heç bir durğu işarəsindən istifadə etməyib. Həmçinin kitabda heç bir paraqraf,dialoq xətləri yoxdur. Maraqlısı budur ki, oxuyarkən heç bir şəkildə çətinlik çəkmədim, hətta alışdıqdan sonra daha axıcı və maraqlı gəldi.
Yazıçını fərqləndirən daha bir fərqli üslub isə əsər boyu heç bir obrazlara ad verməməsi və bəhs edilən məkan,yer adlarının olmaması idi.
Kitab distopik janrdadır. Covid-19 pandemiyası dövründə oxumağım daha təsirli oldu,içimin sıxıldığı,gərildiyim,qorxduğum hissələr çox oldu.Distopiya janrı olduğunu nəzərə alsaq elə kitabın ötürdüyü bu hislər normaldır.Ancaq eyni zamanda mən kitabın daha çox ironik,alegorik janrda olduğunu düşünürəm.
Ön planda bir hekayə var bəli amma yazarın bizə anlatdığı əsl məsələ çox daha fərqlidir. Hekayədə bir duyğu orqanının korluğunu oxuyuruq əslində isə mənəvi korluq,dəyərlərin itirilməsi,şüursuzluq və bunların insanlar arasında yoluxucu olmasından bəhs edir.
Yazar Körlük kitabında obrazların kor olmağa başladığını yox,əksinə hamımızın kor olduğunu , kor olmağın əslində gözlərimizin görməsilə əlaqəli olmadığını, baxan,görə bilən gözlərin də kor ola bildiyini göstərir.
Hər kəsin həyatında ən az bir dəfə öz-özünə düşündüyü , bəlkə də ən çox qorxulan əngəllərdən biri olaraq düşünülən “korluq”.
Bundan əlavə Saramago kitab boyunca korluq üzərindən kaptalizmə,siyasətə,dövlət fəlsəfəsinə,dinə,əxlaq dəyərlərinə dair bir çox mövzuya toxunur.
Qısaca gözəl mesajlarla,metaforlarla zəngin bir kitabdır və oxuyarkən qruplar arasındakı dialoqlara gizlənmiş fikirlərə,mesajlara xüsusilə diqqət edib,anlamağa çalışmaqda fayda var.
Həyatda sahib olduğumuz bir damcı suyun belə önəmli olduğunu, yaşadığımız (gördüyümüz) hər günün qiymətini, öz ehtiyaclarımızı heç kimə bağlı olmadan qarşılamağı və sahib olduğumuz hər şeyin dəyərini, qiymətini bilməyi, unutmamağı xatırlatdı. Bu pandemiya dönəmində (Covid19) öz halımıza şükür etdim.
•P.S Kitabda cinsi təcavüz hissələri olduğu üçün ən azından 16 yaşdan aşağı insanların oxumamağını tövsiyə edirəm.
Sona qədər oxuduğunuz üçün təşəkkür edirəm…
Xoş mütaliələr :)