Gönderi

Edam
Adam öldürməyə görə insanı öldürmək cinayətin özü ilə müqayisədə çox böyük cəzadır. Hökm ilə adam öldürmək, quldur kimi adam öldürməkdən qat-qat dəhşətlidir. Quldurların gecə vaxtı öldürdükləri, meşədə başını kəsdikləri, yaxud da başqa sayaq öldürdükləri adam son dəqiqəyədək mütləq ümid edir ki, bəlkə xilas olacaq. Elə hallar olur ki, adamın boğazını kəsirlər, amma o hələ də ümidini itirmir, ya qaçır, yaxud da yalvarır. Amma hökm ilə öldürəndə bütün bu son ümidi də adamın əlindən alırlar, burada hökm mövcuddur, özün də bilirsən ki, bundan yaxa qurtara bilməyəcəksən, bütün dəhşətli iztirab da elə burasındadır, dünyada bundan ağır cəza ola bilməz. Halbuki ümidlə ölmək bundan on qat asandır. Müharibə vaxtı soldatı aparıb qoyun topun qabağında və ona atəş açın, o hələ də ümidini itirməyəcək, lakin siz həmin soldata qəti hökm oxuyun, görərsiniz ki, o ya dəli olar, yaxud da ağlayar. Kim deyib ki, insan təbiəti buna dəli olmadan dözə bilər? Bu cür eybəcər lüzumsuz, əbəs bir təhqir nəyə lazımdır?
·
614 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.