Gönderi

660 syf.
7/10 puan verdi
·
Read in 6 days
Bu kitab müəllifi Nərmin Bezmənin babası olan Qurd Seyid haqqındadır. Qurd Seyid Krım türküdür, lakin Rusiyanın mərkəzində təhsil alıb və yetişib, çarın süvari alayında yavərdir. Getdiyi ziyafətlərdən birində Aleksandra Verjenskaya(Şura) adlı bir xanımla tanış olur və 8 il boyunca onunla əlaqəsini kəsmir. Hətta Rusiya inqilabından sonra baş verən qarışıqlıq nəticəsində Şura ilə birgə Türkiyəyə gedib çıxır... Kitab çox axıcıdır. 600 səhifədən çox olmasına baxmayaraq tezliklə bitirə bilərsiniz. Kitabla bağlı iradım ondan ibarətdir ki, sanki bəzi məqamların kitabda verilməməsi daha doğru olardı. Bir də bunu qeyd edim: müəllifin qələmi çox gözəldir, hələ sonlarda Qurd Seyidin iki qadın arasında qalması, xoşbəxt olmaması o qədər gözəl təsvir edilib ki, siz də həmin duyğuları hiss edə bilirsiniz.
Qurd Seyid və Şura
Qurd Seyid və ŞuraNermin Bezmen · Teas Press Nəşriyyatı · 02,265 okunma
·
88 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.