·481 syf.····Okunma: 17 Eylül 2021 02:59 Livaneli qələmindən oxuduğum ilk kitab idi.
Təsirinə düşmədim deyil. Daşınması ağır və üzücü olan bir tarix görünən 2nəfərin üzərində deyil, demək oıarki hər ailədə ən azı bir nəfərin üzərində öz gücünü göstərmişdi. Alman milləti öz ciddiyəti ilə nəqədər sevimsiz olsada, demək ki eşq mövzusunda da bu ciddiyət sönük qalır, həmdə öz düşmən olduğu Yəhudi millətinə qarşı.
Sevgi din, irq, dil, müharibə tanımır həqiqətən. Aşiq oldun mu , məsələ bitmişdir.
Tarixi hissələri nəzərə almasaq səmimi və axıcı dildən yazılmışdı. Çünki tarixi hissəni ona görə vurğuladımki, tarix movzusunda yetəri qədər bilikli olmasam da , çox qəliz və aydinlanmayan tərzdə yazılmışdı. Bir əlimdə "google" olaraq oxudum desəm yeridi. Ümumi məğzi isə maraqlı və hüznlü idi:
" Bir Almanın, bir Yəhudini sevməsi qədər...'
.
Sizlərə Max sevgisi, Nadia sədaqəti arzulayıram, dəyərli kitabsevərlər. ⛴