Gönderi

273 syf.
8/10 puan verdi
·
Read in 6 days
marianne də normal insandır, connel də, sally rooney də, oxuduqca sanki hadisələri həmin otaqdakı üçüncü şəxs imişəm kimi izləyən, bəzən onların davranışlarından sıxılıb fasilə verən, eyni zamanda hər birini hiss edə bilən mən özüm də. normal people çox zaman heç də romantik hiss etdirməyən bir hekayədir mənə görə. 21.əsr insanları, onların münasibətləri, kommunikasiya əksikliyi və onun yaradabiləcəyi problemlər, yalnış anlaşılmalar, edilən səhvlər, paylaşılan illər və böyümək.. bilmirəm bu tərz problemlər həmişə bizim dövrlə eyni dərəcədə aktiv olub ya yox amma yazıçının bütün bu mövzuları çox sadə, eyni zamanda çəkici, maraqlı bir dillə, uğurlu bir şəkildə işlədiyini düşünürəm. əslində ilk başda bir az qəribə gəlirdi, kitabın janrı çox oxumağı seçdiyim bir janr deyil və mən 68 yaşında olduğum üçün, yaşadığımız dövrdə keçən hekayələrə öyrəşməmişəm :D bu tərzdə daha çox kitab oxumağı düşünürəm buna görə. sonra yazıçının dilinin sehrinə qapılıb getdim. ortalara çatanda bəzi şeylərdən sıxılmağa başladım, amma davam etdim və davam etdikcə başa düşdüm ki, sıxılmaqla deyil, bu obrazlara çoxdan yaxınlaşmışam, hətta sevgi də yaranıb artıq. yazıçının yazı tərzindən sonra kitabla bağlı ən çox sevdiyim şey sırf söhbətlərin ön planda olduğu bir münasibəti yansıtmasıdır. ağla gələn ilk şeyin dilə töküldüyü, səmimi, uzun-uzun edilən söhbətlərin çox önəmli olduğuna inanıram, və mənə görə, insanların arasındakı münasibətdə yaranan çətinlikləri, anlaşılmazlıqları həll etməyin ən mümkün yolu elə həmin söhbətlərdir.
Normal People
Normal PeopleSally Rooney · Hogarth Press · 20196.2k okunma
·
48 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.