Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

232 syf.
·
Puan vermedi
Yatın, yoxsa XORTDAN gələr.Yox, bu qorxulu olmadı.Yatın yoxsa İNSAN gələr!!!
Haqverdiyev  yalançı din xadimlərini,haqsız qan tökən hökmdarları, əhaliyə zülm verən hakimlərin Cəhhənəmdə təsvirini verir.Niyə məhz cəhənnəm? Olmazdı ki, onlara məhz bir məhkəmə zalında cəza çəkilərdi? Yox olmazdı.Çünki bu insanların cəzasını real həyatda kimsə verəcək gücdə deyildi.Mollaları xalq  o qədər müqəddəsləşdirmişdi ki, onların saxta biri olduqlarını da ağlından keçirməyi  Allahın cəzasına gəlmək kimi anlayırdılar. Xalq  bəylərə qarşı çıxacaq gücdə deyildi.Və nəhayət çar özü özünün əməllərinə görə cəza çəkəsi deyiıdi.Kim öz gözündə tiri görürdü? Ya da başqasının gözündə gördüyü tiri avam xalq qorxudan dilə gətirə bilirdimi? Cavab aydındır. Cəhənnəmə səyahətə gedən isə "Xortdan"dır.Əsərdə Xortdanın müsbət yaxud mənfi qəhrəman olması haqda nəsə demək çətindi.O sadəcə cəhənnəmdə gördüklərini danışır.Və ayılanda  o sanır ki, cəmi 40 gün keçib. Amma molla deyir ki, "Cəhənnəmin hər gününün dünyanın qırx gününə bərabər оlduğunu sizə söyləmədiкmi? İndi siz gedəli tamam dörd il və neçə aydır" Xortdan cəhənnəmdə günahkarlara verilən müxtəlif işgəncələri görür və bəzi yaxşı bildiyi adamların bura düşdüyünə təəccüblənir.Cəhənnəmdəki cəzalar– qıl körpüsündən yıxılmaq, Veyl quyusuna, qır qazanına düşmək, odlu süpürgə ilə döyülmək, boğazına qurğuşun əridib tökmək, zəhər içirmək, zəqqum ağacının meyvəsindən yedirtmək, yerdən qızardılmış pul yığdırmaq, odabaşılıq, süpürgəçilik, boğazından asmaq, təpəsi üstdə quyuya atmaq . Çar nümayəndələrinə yazıçı tərəfindən və xalq tərəfindən nifrət əsərin sonunda öz açıqlığı ilə bəlli olur. Səhnədə göstərilir ki, çar nümayəndələri, kazakları, soldatları, cəhənnəmə girəndə cəhənnəmdəkilər etiraz edirlər. Gələnlər içərisində hətta imperator ikinci Nikolay da var. Əsərdən kiçik hissəni oxuyaq)) "Bu halda gördüm cəhənnəm əhli hamısı bir-birinə dəyib. Bir qışqırtı qоpubdur кi, cəhənnəm az qalır partlayıb dağılsın. Оdabaşıdan sоruşdum: – Nə xəbərdir?    Dedi: – Mən də sənin kimi. İndi bu saat xəbər biləriк. Bir az gedib baxdıq кi, göz işlədiкcə cəhənnəm adamla dоludur. Hamısı qışqırır. Camaatın əкsəri deyir: – Оdabaşı, istəmiriк, gəlməsinlər. Оnları biz aramıza qоymayacağıq. Оnlar bizə cəhənnəmdə də rahat yatmağa imкan verməyəcəкlər. Camaatın az hissəsi bunlara nəsihət eləyir: – Qardaşlar, qоyun gəlsinlər, nə işiniz var. Оnların sizə heç bir əziyyət və azarları tоxunmayacaqdır. Оnlar da buraya sizin kimi yanmağa gəlirlər. – İstəmiriк, gəlməsinlər. Qоy gedib hansı cəhənnəmdə yanacaqlar yansınlar. Biz оnları öz cəhənnəmimizə qоymayacağıq. Bu yerdə bir lətifə yadıma düşdü.Deyirlər Cəhənnəmdə azərbaycanlıları bir yerə yığıb deyirlər: - Siz cənnətə gedirsiz, hamınız.Azərbaycanlılar təəccüblənir soruşur- Niyə?  Cavab verilir: - Siz onsuz da o dünyada yetərincə cəhənnəmi yaşamısız)) Əsərdə yazıçı cəhənnəmin bəzi təsvirlərində heç də öz xəyal dünyasına yox real faktiki dini kitaba əsaslanıb.Yəni Qurana. Məsələn: Zəqqum ağacından danışanda yazır: "– A kişi, hər kəsin ürəyi yananda bu leymədən içirdirlər və acanda zəqqum ağacının meyvəsindən verirlər, yeyir. Zəqqum ağacı cəhənnəmin VII təbəqəsindədir. Onun kökü 70 minillik yolu uzunluğundadır. Kötüyünün uzunluğu, həmçinin 70 min il yolçaqdır. Onun 70 min şaxəsi var. Hər şaxəsində 70 min cür meyvə var ki, hamısı acı, bədbuy və şeytan başına oxşayır..." Qurani-Kərimdə zəqqum ağacı haqqında yazılır: "(Ey insanlar!) Qonaq olmağa bu Cənnət yaxşıdır, yoxsa zəqqum ağacı? Biz onu zalimlər üçün bir bəla etdik. O, elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən çıxar. Onun meyvəsi şeytanların başı kimidir. Onlar ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar. Sonra onlar üçün (içməyə) qaynar su ilə qatışmış irin vardır. Daha sonra onların qayıdacaqları yer mütləq yenə Cəhənnəmdir!" (Əs-Saffət surəsi) Bunları oxuduqca insanı vahimə basır)) Əsər o dövrün insanlarının düşüncəsi barədə, çar rejiminə nifrəti, din adamlarının riyakarlığı haqda oxucunu məlumatlandırır. Cəhənnəm varmı, yoxmu bilmirəm.Amma ən azı hamımızın vicdanı olduğunu bilirəm.Elə yaşayın ki, Xortdan vicdanlarınızı səyahətə çıxmaq eşqinə düşsə nə gözəl insanları var bu məmləkətin deyə bilsin...
Hortlağın Cehennem Mektupları
Hortlağın Cehennem MektuplarıAbdurrahim bey Hakverdiyev · Zengin Yayıncılık · 201739 okunma
·
194 görüntüleme
VüsaIe Quluzadeh okurunun profil resmi
aayy onu bizede deyirdiler yatin.xortdan geler)hercend ki xortdannnan beterleri geldi 🙈🙈
Kərimova okurunun profil resmi
Ağcaqanad haqda o qədər deyirdilər ki,yeyər səni qapını ört filan.Ağcanaqanadı xortdan kimi düşünürdüm mən...Sanki böyük xəyali varlıqdı və məni bütünlüklə yeyəcək) otağa girmirdim uşaq vaxtı)) xortdan deyəndə həmişə bu yadıma düşür
3 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.