Gönderi

Gəl şəklini söznən çəkim, Gör sənə necə bənzəyir Oxuyub caşıb qalasan Bu güzgüdü,yoxsa şeir? Deyəsən ki şeirdisə Bu nə aydın cizgilərdi?! Elə bil ki, bütün sözlər Kiçik kiçik güzgülərdi. Zərrələri birləşdirib Kiçik bir sən yaratmışam. Tanrı torpaqdan yaradır, Mən şeirdən yaratmışam. Mən onsuz da sən gedənnən Şeirlərə sən demişəm, Qara-qara hərfləri Yığıb adam eləmişəm. Sətir altda gizlətdiyim Hədiyyəni götürərsən Bəyənməsən saxlayarsan Ad günümdə gətirərsən. Bu gecə bir şeir yazıb Onu sənə bənzətmişəm Səni vərəqə köçürdüb, Ürəyimi boşaltmışam.
·
502 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.