Gönderi

10/10
·336 syf.··
2020 26. kitabı
·
1 saatte okudu
·
Okunma: 27 Eylül 2020 22:34
Ən sevdiyim kitab dediyim kitab... Üfüqün əks tərəfi... Kitabın arxasındakı yazıları oxuyanda tibb adı çəkilmişdi və mənə çox maraqlı gəlmişdi. Aldım və oxudum. MÖHTƏŞƏM. Həm sevgi, həm elm, həm tibb, həm də dostluq.. Kitabın üç əsas qəhrəmanı olan Coş, Hop və Luk üçlüsünü hər nə qədər tam dost adlandıra bilməsəm də dost deyə bilərik. Kitabı bitirdikdən sonra məni həqiqətən çox sarsıtmışdı. Kitabda tam bitdi dediyiniz anda yeni bir hekayə başlayır. Deyirsiz bu nədir, bu kimin hekayəsidir.. Ama hər şey sonda bəlli olur. Necə deyərlər həmin hekayə əvvəlki hekayənin "Üfüqünün əks tərəfi" olur... Hop..Coş... Lukun itən sevgisi... Hop və Coşun söhbətləri... Kitabın üz qapağında da dərin bir məna gizlidir. Bu kitabı dəfələrlə oxumuşam və hər oxuyanda da göz yaşları ilə bitirmişəm. Tövsiyə edirəm. Marc Levy'dən başqa cür əsər gözlənilməzdi onsuzda :) 1+2=2 "Səni sevmək bir imtiyaz idi. Səni sevirəm. Sənin Coşun."
1000Kitap
Üfüqün Əks TərəfiMarc Levy · Qanun Nəşriyyatı · 2018330 okunma
·
386 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.