Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

480 syf.
·
Puan vermedi
·
12 günde okudu
“𝙱𝚒𝚛𝚋𝚒𝚛𝚕𝚎𝚛𝚒𝚗𝚎 𝚊ş𝚔𝚝𝚊𝚗 𝚋𝚊ş𝚔𝚊 𝚟𝚎𝚛𝚎𝚌𝚎𝚔 𝚑𝚒ç𝚋𝚒𝚛 ş𝚎𝚢𝚕𝚎𝚛𝚒 𝚢𝚘𝚔𝚝𝚞...” Öz kiçik dünyasında asanlıqla xoşbəxt ola bilən Luiza Klark və keçirdiyi qəza səbəbindən həyatı birdən-birə alt-üst olan Uill Treynor. Bəs Uill Lunun rəngli dünyası ilə qarşılaşsa, nə baş verər? Luiza 27 yaşı olmasına rəğmən, uşaq ruhlu biridir. Ailəsinə maddi dəstək üçün iş axtarışına çıxar və yaxın ərazilərdən birində yaşayan Treynor ailəsinin elanı ilə qarşılaşar. O, əlil bir gəncə gündəlik olaraq yardım etməli, yanından az müddətə belə olsa, ayrılmamalı və ən əsası, 6 ay müddətində onu qəbul etdiyi qərardan daşındırmalı idi. Bundan sonra onun gənc, yaraşıqlı, amma əlil arabasına məhkum olan Uill Treynorla tanışlığı başlayar. Luizanın dünyası, hobbiləri, maraqları Uillin diqqətini çəkmir. İlk əvvəllər onlar üçün məcburiyyətdən yaranan münasibət sonradan zövq və əyləncə halına gəlir. Romanı hədsiz bəyəndim. Sonunu bəyənməyən oxuyucular olub, lakin düşünürəm ki, belə sonluqla “klişe eşq romanları”na bənzəmədi. Fərqli tərzdə, fərqli üslubda, fərqli mövzuda yazıldığına görə axıcı və oxunaqlı idi. Uill həyat dolu, yaşadığı mühitə öyrəşən və onu sevən gənc olduğu üçün birdən-birə əlil arabasına məhkum olmağı qəbul edə bilmir. Buna görə də aldığı qərar üçün onu heç bir halda qınamaq doğru olmaz. Onunla empatiya qurub anlamaq mümkündür. Uill Luiza ilə 6 aylıq qısa müddətdə olsa da, çox xoşbəxt idi. Çünki onun sayəsində bu aylar ərzində həyatının təkcə əlil arabasından ibarət olmadığını başa düşmüşdü. Luiza isə öncə işinə görə, zaman keçdikcə isə Uilli sevdiyi və onunla vaxt keçirməkdən zövq aldığı üçün yanında qalır. Onu yenidən həyata bağlamaq üçün əlindən gələni edir. Ən önəmlisi isə Uillə başqalarının ona “zavallı, yazıq” gözüylə baxdığı kimi baxmır, sevir və dəyər verir. Bu sevgi onlar üçün əlçatmaz olsa da, bir-birini tanımaqlarına peşman deyildilər. Mənə görə, bu idi onların münasibətini dəyərli və əvəzsiz edən.
Senden Önce Ben
Senden Önce BenJojo Moyes · Pegasus Yayınları · 201329,2bin okunma
·
1.969 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.