Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

492 syf.
·
Puan vermedi
·
20 günde okudu
Rus klassiklərini oxumaq hər zaman mənə zövq verir. M. Şoloxun 4 cilddən ibarət olan “Sakit Don” əsəri sevdiyim klassiklər arasına daxil oldu, bunun əsas səbəblərindən biri əsərin 1200 səhifədən çox olması, bir ailənin həyatını gözlər önünə sərməsi, bu səhifələrin söz yığınından ibarət olmaması və oxucu kimi özümü hekayənin bir hissəsi kimi hiss etməyimdir. Əsərin adının niyə “Sakit Don” olması mənə çox maraqlı gəldi. Əvvəlcə məcazi mənada işləndiyini düşünsəm də, sonradan əsərin baş qəhrəmanının, yəni Qriqorinin, əsərin adı ilə eyniləşdirildiyini düşünürəm. Necə ki, Don yaz çağında aşıb-daşır, qış gələndə isə üzərini buz bağlayır, eləcə də Qriqorinin “yaz çağı”-nı onun “qış çağı” əvəz edir. Yazıçı oxucunun diqqətini məhz bu “qış çağı”-na çəkmək üçün adını “Sakit Don” qoymuşdur. Ümumiyyətlə, əsər Sovet hakimiyyətinin kazaklarla mübarizəsi şəraitində bir ailənin dramından bəhs edir. Hadisələr öz başlanğıcını 1914-cü ildən, Sovet hakimiyyətinin ilk illərinə qədər olan dövrü əhatə edir. Əsər müharibə dövründən bəhs etsə belə, müharibə səhnələri darıxdırıcı deyil, əksinə oxuyarkən hadisələrin qalxan-enən xətlə davam etməsi əsəri monotonluqdan xilas edib, daha rəngarəng edir. Əsərin əsas qəhrəmanları Aksinya və Qriqoridir. Aksinyanın acı talehi, evləndikdən sonra Qriqori ilə qarşılaşması, Qriqorinin ailəsinin təkidi ilə Nataliya ilə evlənməsi ilə bitmir, əksinə başqa insanların bədbəxt olmasına səbəb olur. Bəzən bu bədbəxtliklər yazıçının “ ilahi ədalət” arzusunu ifadə edərcəsinə buna səbəb olanların xoşbəxt yaşamasına imkan vermir.
Ve Durgun Akardı Don - 4. Cilt
Ve Durgun Akardı Don - 4. CiltMihail Şolohov · Evrensel Basım Yayın · 2001723 okunma
·
293 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.