Vüskam, sən buraya əlavə et bizim müəllimləri. Mən də elə buradan təbrikimi yazım.😇
Əziz müəllimlər və müəllim olmaq yolunda inamla addımlayanlar.🌼🌹
Hər birinizə bu şəfərli peşədə bol uğur arzulayıram. Sizsiz nə bir peşə var olar, nə bir elm.
Siz elmin beşiyinin keşikçilərisiniz.
Siz gələcəkdə yanacaq olan çıraqların qığılcımlarının başlanğıcına çıraq olansınız.
Siz valideyn qayğısının aynasısınız.
Siz sevginin, mərhəmətin, imanın, zərafətin aynasısınız.
Siz Vətən keşiyində duran əsgərsiniz.
Siz uğura gedən yolun bələdçilərisiniz.
Yaxşı ki, varsınız. Bu dünyada yeganə insan müəllimdir ki, hər şagird onu valideyni ilə bərabər tutur. Bəzən, ana olursunuz, bəzən ata olursunuz hər bir şagirdə.
Gözünün yaşın silib, qəlbini ovudursunuz.
Siz yalnız elm deyil, tərbiyə, iman, həyat dərsi keçirsiniz.🌼🌹
Allah yolunuzu açıq, uğurunuz bol eyləsin😇🤗