·304 syf.··Beğendi
···Okunma: 10 Ekim 2021 17:51 Bir qadının (Leylanın) timsalında minlərlə qadının Bosniya müharibəsində yaşadığı əziyyətli günlər qələmə alınıb. Həyatı yeni dərk etməyə başlayan 16 yaşlı Leyla müharibənin əsl üzü ilə tanış olur. İndi o müharibənin qaranlıq tərəflərini gün üzünə çıxarmaq üçün öz hekayəsini danışır. Onun başına gələnlər insanı dəhşətə gətirir. Kitabda baş verən hadisələrin Qarabağ hadisələri ilə bənzərli insanı daha da sarsıdır, müharibədən nifrət etməyinə səbəb olur. Bir sözlə, savaşda qazanan kim olur bilmirəm amma məğlub olan həmişə qadınlar və uşaqlar olur.