İki il bundan qabaq "Fəlsəfə" ixtisasına qəbul olmamışdan və onunla tanış olmamışdan əvvəl bir "dinim" var idi,amma Allahı tanımırdım.Onun kim olduğunu bilmirdim.O mənim üçün sadəcə "dini" qayda-qanunların arxasında gizlənən bir şey idi.Haqqında bildiyim çox şey var idi:ondan qorxmalıyıq,əgər onun dediklərini eləməsək,qəzəblənib bizə bəla göndərər.Bizə bir şey verəndə həmişə nəyinsə qarşılığında verər.İnsanlar cılız və aciz varlıqlardır,Allah bizdən çox-çox böyükdür və o bizdən çox-çox uzaqdadır.O mənim gözümdə o qədər əlçatmaz idi ki(pis mənada).Mən bu yaşamı və bu həyatı qəbul edə bilmirdim.Ən pisi də "mən" yox idim.Bir insan olaraq dəyərim yox idi "Tanrının gözündə".Ədalətinə güvənə biləcəyim heç kimim yox idi.Məcburiyyətlər var idi."Tanıdığım" Allah özü də bir məcburiyyət idi."Dəyərini"sığdırdığı müqəddəs bir kitabı var idi.
İndi isə bir "dinim" yoxdur.Amma Allahı tanıyıram.Onu sevirəm,sən demə o da məni sevirmiş.Mənə dəyər verirmiş.Və heç də məndən o qədər uzaqda deyilmiş.Əksinə,mənə bir nəfəsdən belə yaxın imiş.Və onu nə bir kitaba sığdırmaq olarmış,nə də bir sözə.O yalnız mən deyil,amma mən yalnız və yalnız o'yam.Və sandığım qədər qəzəbli deyilmiş mənə.Və verdiyi şeyləri həmişə nəyinsə qarşılığında vermirmiş.Və o nə əxlaqa sığırmış,nə də dinə.Ən gözəli də,öyrəndim ki,bu həyata onun üzündən əziyyət çəkməyə gəlməmişik,onla yoğrulub həyatdan zövq almaq üçün burdayıq.Həyat heç bir dinə və heç bir elmə sığmaz,hətta onu inanca belə sığdıra bilmərik.O qədər ali varlıqlarıq ki,biz də heç nəyə sığmırıq.Tam da onun kimiyik.O qədər alicənabdır ki,bizi heç nəyə məcbur etmir.Ədaləti sonsuzdur.2 il bundan qabaq vecimə deyildi o məndən razıdır,ya yox.Tək bir şeyi bilirəm ki,mən ondan narazı idim.Amma bugün...Bugün hər şey tamam başqa cürdür.Təşəkkürlər,"Fəlsəfə",məni həyata geri qaytardığın üçün.