8/10
·119 syf.··
Beğendi
·
2021 92. kitabı
·
10 saatte okudu
·
Okunma: 04 Ekim 2021 21:12
Daşnaksütyun- görüləsi bir iş qalmadı (Erməni baş nazirinin etirafları) : Hovanes Kacaznuni Hovanes 1918 mayın 28-i yaradılan (erməni tarixində ilk dövlət) Ermənistan Respunlikasının ilk baş naziri olmuş və Yerəvanı paytaxt elan etmişdir. Memarlıq oxuyub, Bakıda çalışıb və Daşnaksütyun partiyasının ən vacib üzvü olub. Kitab adından da görüldüyü kimi, ermənistanın dövlətçilik ənənələrinin olmayışından (daha çox gürcülər və azərbaycanlılar dövlət qurumlarında fəaliyyət göstərirdi), mənəvi yoxsulluqdan, Rusiyaya “böyük qardaş” münasibətinin arxasında gizlətdikləri ikiüzlülükdən, törətdikləri soyqırımdan, əsassız torpaq iddialarından, ermənilər tərəfindən qəbul olunan ağılsız siyasi qərarlardan bəhs edir. Yuxarıda sadaladığım mövzulara qərəzsiz yanaşdığı və həqiqətləri gün üzünə çıxartdığı üçün ermənilər tərəfindən sevilmir və adıçəkilən kitabı tapmaq imkansızdır. Taleyin ironiyasıdır ki, 1920-ci ildə bolşeviklər tərəfindən süquta uğradıldıqdan sonra həbs olunur, 1921-ci ildə azad olunaraq ölkəni tərk edir, 1925-də ölkəyə qayıdır. 1937-ci ildə Represiya qurbanı kimi həbs olunur və növbəti il həbsdə vəfat edir. Maraqlısı odur ki, Hovanes 1915 qondarma erməni “soyqırım”ında türklər qədər daşnaksütyunu da günahkar hesab edir, hətta türklərin bu qərarırının doğru olduğunu, müqabilində imzalanan müqavilələrlə də ermənilərin “böyük- dənizdən dənizə ermənistan” iddiasını tamamilə yer üzündən sildiyini qeyd edir. Daim güclü tərəfə meyil edən, məğlub olduqda zavallı və zərərçəkən roluna bürünən, qonşu (həmsərhəd) dövlətlərlə danışıqlar aparmaq əvəzinə müharibəyə sığınan ermənistan siyasətini tənqid edir ❗️ Tarix təkərrürdən ibarətdir: ermənilər onda da Rusiyadan gözlədikləri dəstəyi almadıqda onları xain adlandırıb düşmən kəsilirdilər. Bu isə özü-özlüyündə dostluqları və etimadın nə qədər əsassız və yalançı xarakter daşıdığının göstəricisidir. bu rəyin ən gözəl yanı isə #qarabağazərbaycandır deyə bilməkdir❕
Azerbaycan
Taşnak Partisinin Yapacağı Bir Şey YokOvanes Kaçaznuni · Kaynak Yayınları · 2008119 okunma
·
121 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.