Zaman qısa, görüləcək işlər isə çoxdur
Puan vermedi·496 syf.··
2021 10. kitabı
·
216 günde okudu
·
Okunma: 17 Ekim 2021 22:48
İnsan həmişə ədalətin vurğunu olub, düşünürəm ki, özü ədalətlə davranmayan mənfəətpərəst insanlar belə, ədalətli şəxs gördükdə dildə deməsələr də qəlbən qibtə edirlər. Qaldı ki, Allahın ədaləti zərrə qədər çaşmaz... Heyif insan hərşeyi yüngül sayır, qarşıda bizləri nələrin gözlədiyini unuduruq. O çox uzaq görünən ölüm qəflətən bizi də yaxalayacaq, və ümid edirəm Allah bizə verdiyi fürsətləri qənimət bilib çalışsaq bəlkə sonumuz xeyir ola, çünki Allah Rəhimlidir. Kitabdan çoxlu alıntı paylaşmağıma baxmayaraq, bəlkə də ən lazımlı yerləri paylaşa bilmədim, özüm oxuyucu olaraq dönə dönə oxuyurdum fikrin aydın olması üçün, başqaları üçün məncə daha sadə olan yerlər lazımdır ki, faydalı olsun. Kitabın sonunda yazılan duayla bitirim: İlahi, Sənə Mühəmməd və Onun Əhli-beytini and veririk ki, bizim işlərimizi xeyir və səadətlə bitir, bizi müsəlman olduğumuz halda dünyadan apar və saleh insanlara qovuşdur! Amin!
Felsefe-Düşünce
Adl-i İlahiMurtaza Mutahhari · İşaret Yayınları · 198828 okunma
·
323 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.