Gönderi

"Çenin sağlamlığı üçün heç də əlverişli olmayan bir şərait. Həkim de La O xatırlayır: "Onun təsəvvür olunmayacaq iradə qüvvəsi vardı, hətta astmanı da özünə tabe eləməyi bacarırdı. Xəstəlik üzərindəki hakimiyyətini yalnız ən güclü tutmalar zamanı itirirdi. Bü tün astmalı xəstələrdə havanın çatışmazlığı qorxusu olur va o bu qorxunun öhdəsindən gələ bilirdi. O, tədqiqatları sevirdi, böyük alim ola bilərdi, ancaq əsgər olmağı seçmişdi. Yorulma dan mütaliə edirdi, nəfəsimizi dərmək üçün dayandığımızda dərhal kitabı açırdı. Halbuki həmin vaxt yorğunluqdan üzümüş biz gözlərimizi yuman kimi yuxuya gedirdik". Cəmisi yüzə yaxın sağlam adam qalır. Aclıqdan əzab çəkən barbudolar inəyi öldürüb hətta onu fərli-başlı bişirmədən yeyirlər. Düşərgədə bir qədər bal ilə iki oğlan uşağı peyda olur, onlar barbudolardan birinin əmri ilə gəldiyini deyirlər. Bu o deməkdir ki, ehtiyatsızlığa yol verilib və uşaqların izi ilə düşmən onların yerini tapa bilər. Ernesto hirslənir və Moreno adlı şəxsi çağıraraq deyir: Sən ölümə məhkum olunursan və düşmən atəş açan kimi güllələnəcəksən. Morenonun bəxtindən, heç bir atəş səsi eşidilmir. Deməli, üsyançıların yerini satmayıblar."
Sayfa 294 - Qanun Nəşriyyatı
·
84 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.