Gönderi

Tırtılı təsəvvürümüzə gətirək. Onun ömrünün böyük bir hissəsini yerdə keçirdiyini,quşlara baxdığını, həyatından şikayətləndiyini,həyata bu cür eybəcər gəldiyinə qəzəbləndiyini təxəyyülümüzdə canlandıraq."Mən ən nifrətəlayiq varlığam,- o fikirləşir. Mən eybəcərəm,başqalarını iyrəndirirəm, ömrüm boyu yerdə sürünməyə məhkumam". Amma bir gün gəlir ki, Təbiət tırtıldan barama düzəltməyi tələb eləyir. Onu qorxu bürüyür- axı heç vaxt belə bir işlə məşğul olmayıb. Ona elə gəlir,qəbrə gömüləcək, əvvəlcədən həyatla vidalaşır. Tırtıl əvvəlki həyatından narazı olsa da,yenə Yaradanın ədalətsizliyindən şikayətlənir:"Nəhayət,elə yenicə öyrəşməyə başlamışdım ki,Sən olub-qalanımı əlimdən alırsan!"Ümidsizlik içində öz baramasının içində gizlənib ölümünü gözləyir. Amma bir neçə gündən sonra gözəl bir kəpənəyə çevrilir. İndi hamını vəcdə gətirə-gətirə havada qanad çalır. İlahinin hər şeyi nə qədər müdrikcəsinə yaratdığına,həyatın gizli mənasının nə qədər dərin olduğuna yalnız indi təccüblənir.
·
31 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.