Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Nietzsche Ağladığında.
#oxudumbitdi. Bitməsini heç istəmirdim əslində.Bir parçası olduğumuz dünyanın isə qanununa əsasən,hər başlanğıcın bir sonu var.Kitabda deyildiyi üzrə"bir kitap bizi alıp diğer kitapların üzerine çıkarmıyorsa o kitapın neresi iyidir?".Bəli, zənnimcə, "Nietzsche ağladığı da" kitabı da bizi başqa kitabların üzərinə çıxaracaq qədər mükəmməl kitabdır. Bu kitabı oxuyarkən demək olar ki, hər səhifəsində bir neçə cümlənin altını çizdim.Bəzi cümlələrdə özümü gördüm.Düşünürəm ki,elə bir insan ola bilməz ki,bu kitabda özünü-həyatından bir parçanı tapmasın.Professor Nietzschenin psixoloji durumu, ümidsizliyin müalicəsi mövzusunda yazılmış kitab insanı öz ağuşuna alır...... Fərqli xəstəliklərin iki insanın həyatını bir araya gətirməsi üzərində qurulmuş süjet beynimizdə"görəsən sonda nələr baş verəcək?"sualının formalaşmasına səbəb olur və fasiləsiz şəkildə onu oxumağa sövq edir.Kitabda xəyanət,dostluq və digər münasibətlərə də toxunulmuşdur.
·
46 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.