Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

490 syf.
10/10 puan verdi
·
Beğendi
·
31 saatte okudu
Əsər haqqındakı düşüncələrimi paylaşmamışdan əvvəl Bronte bacıları ilə ilk tanışlığımdan bəhs etmək istəyirəm. Beləcə ilkin təəssüratım ilə indiki təəssüratım arasındakı fərqi görmək mümkün olacaq. Jane Eyre'i Bronteləri tanımadan əvvəl tanıdım: məktəb vaxtı boş dərslərin birində müəllimlərdən biri onun haqqında danışmışdı. Daha sonra isə sinif rəhbərimiz bu obraza oxşadığımı deyəndə daha da çox oxumaq istədim kitabı. Amma kitabı oxumaq şansı, çox sonralar, 2016-cı ildə oldu: Qrup yoldaşlarım xəbərləri olmadan (çünki bu barədə söhbətimiz olmamışdı) kitabı mənə hədiyyə etdilər. Amma Bronte bacıları barədə hələ də müəyyən bir məlumata sahib deyildim. İlk öyrəndiyim isə Jane Austeni tənqid etmələri olduğu üçün və mənim daha öncə (Brontelərin əsərlərini oxumamışdan öncə) Austeni oxuduğum üçün, Brontelərə qarşı həvəssizliyim yarandı. Haqlarında oxuduğum zaman həyatlarına qarşı olan həvəssizliyim azaldı, yenə də deyə bilərəm ki, bu kitabda gördüklərimdən daha fərqli idilər: daha yaxın və daha uzaq. Bir-birlərini sözsüz anlayacaq qədər yaxın, bir-birləri ilə sözlərini bölüşməyəcəkləri (bəzi şəxsi məsələlərdə) qədər uzaq. Hər bacı fərqli bir rəng idi: Charlotte bacıların ən kəskin xarakterlisi idi, həmçinin daha özünü müdafiə edəni. Emily ən özünəqapalısı, ən təmkinlisi və ən yüz ölçüb bir biçəni, realisti. Anne isə ən optimisti. Qəribədir ki, Anne haqqında optimist və nikbin sözləri ağlıma gəlir sadəcə. Qardaşlarını sırf oğlan olduğu üçün sahib olduğu səlahiyyətlərə görə (bacılarının yox, onun rəsmə davam etməsi, tez-tez sərxoş şəkildə evə gəlib problem yaratması, atasından pul tələb etməsi və s.) sevə bilmədim. Artur obrazı məni ən çox təəccübləndirən obraz oldu; demək olar ki, onun haqqında olan düşüncələrimiz Charlottenin düşüncələri ilə eyni idi. Yoldaşından sonra onun xatirəsini qorumasını təqdir etdim. Halbuki bunun əksi qadınlar üçün adi hal sayılır, nəinki təqdirəlayiq. İstəlinən halda, Arturun sevgisini hiss edə bildim, inandıra bildi. Charlottenin atası isə patriarxal bir düşüncədə böyümüş (bəzi yerlərdə isə əslində hələ də böyüməmiş) bir keşiş idi. Arturla olan evliliyə maneə olmasına görə və qızını kilsəyə qədər ötürmək istəməməsinə görə bir qədər xoşum gəlməmiş ola bilər. Oğluna gərəksiz azadlıqlar verməsinə görə də. Indi isə gələk (mənim üçün) əsas məsələyə: Bronte bacıları haqqındakı indiki düşüncələrim nədir? Onların dünya ədəbiyyatında əvəzedilməz yerlərinin olduğunu düşünürəm. Atalarına, qardaşlarına, həmvətənlərinə, nəşriyyatçılara, müəllimlərinə, məhrumiyyətlərinə, ən əsası da xəstəliklərinə rəğmən belə əsərlər yazmasına gərə.
Charlotte Bronte'nin Gizli Günlükleri
Charlotte Bronte'nin Gizli GünlükleriSyrie James · Everest Yayınları · 201344 okunma
·
118 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.