Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

124 syf.
8/10 puan verdi
·
Beğendi
QEYD: Aşağıdakı maraqlı məlumatı internetdən tapmışam. Sizinlədə paylaşmaq istədim. Yazıçının anasının da personajlarından biri olan əsəri necə yaranıb? Hadisələr bu gün də Moskva şəhərində mövcud olan Ostojenka küçəsi 37 nömrəli evdə cərəyan edib. Varvara Petrovna Turgenevanın malikanəsində Andrey adlı dalandarı var idi. Varvara Jitova (Varvara Petrovnanın ailə həkimi Bersdən olan nikahdankənar qızı) öz xatirələrində Andreyi xüsusi simpatiya ilə təsvir edirdi. Olduqca nəhəng, lakin tamamilə mütənasib, uca boylu Andreyin çöhrəsindən daim mehriban təbəssüm əskik olmazdı. Qeyri-adi fiziki gücə malik olan Andreyin əlləri o qədər iri idi ki, hərdən məni əlləri üzərinə götürəndə özümü ekipaja (faytona) minmiş kimi hiss edirdim. Anadangəlmə lal və kar olan Andrey, malikanənin ərazisində tikilmiş taxta evdə (fligeldə) yaşayırdı və o dövrün Moskvasında məşhur idi. Varvara Petrovna şıq geyimli öz nəhəng dalandarı ilə gəzintiyə çıxardı. Andrey adətən çox qəşəng geyinər, qırmızı qumaş köynəklərdən başqa libas geyməz və sevməzdi... Moskvada Aleksandr adına bağın yaxınlığındakı fontanın ətrafında parlaq yaşıl çəllək və gözəl boz kəhərlə suya gedən Andrey çox populyar idi. Orada hamı Turgenevlərin lal dalandarına hörmətlə yanaşar və işarələrlə anlaşardılar. Andreyin, üzərində qəhvəyi xalları olan ağ rəngli sevimli küçüyü var idi. Bu itdən nə səbəbdənsə sahibənin xoşu gəlməyib və onun çayda boğulmasını əmr edib. Andrey də Moskva çayının Lujniki rayonunda zavallı itciyəzi çayda qərq edib. Yeri gəlmişkən İvan Sergeyeviç “Mumu” povestini Moskva şəhərində deyil, Peterburqun İkinci Admiralteystvo hissəsində yerləşən polis evində həbsdə olarkən yazıb. Ona, senzuranın etirazına baxmayaraq, Qoqol haqqında yazdığı və “Moskovskiye vedomosti” qəzetində çap etdirdiyi məqaləyə görə bir aylıq həbs cəzası verilib. Ədib bu polis evində, Ostojenkoda vaqe olan əhvalatları xatırlayaraq öz sevimli anası, şanlı dalandar Andrey və onun zavallı köpəyi haqqında kiçikhəcmli povest yazır. Doğrudur, bu əsərdə Gerasim prototipi Andreylə müqayisədə daha barışmaz və məğrur təsvir olunub. “Mumu”nun qəhrəmanı baş vermiş hadisədən sonra öz kəndinə qayıdıb və bununla təhkimçilik hüququnun tüğyan etdiyi dövrdə bir insanın digərləri üzərində hakimiyyətinə qarşı öz sinfi və insani etirazını kəskin şəkildə bildirib. Gerasim sahibəsinə itaət etməyə bilməzdi. O, öz təhkimli, tabe insan rolunu icra edirdi. Sahibə xanım isə öz sinfinin tipik nümayəndəsi kimi rəftar etməli idi. İş sahiblərin zalımlığı və amansızlığında deyildi, onların hər biri mənsub olduqları sinfin təmsilçisi olaraq onun rolunu ifa edirdilər. Əsl dalandar isə Mumunu çayda qərq etdikdən sonra, sahibə xanımı bağışlayır, qırmızı qumaş köynəyini geyinərək gəzintiyə çıxır və Aleksandr bağından su daşımağa davam edərək köhnə quldarlıq hüququ ənənələrilə mayalanmış sadiq təhkimli olaraq qalır. Sahibə xanım ona hədiyyə olaraq parlaq qırmızı lent verərdisə, o, sahibəsinin əllərini öpər, sonra onu göstərərək yumruqla sinəsinə vuraraq öz məhəbbətini belə büruzə verərdi. Anası ilə dostluğu onun bütün həyatından qırmızı xətlə keçir. Bu cür incə qəlbə və ruh aləminə sahib insan, bizlərə adətən, uğursuz, nəhs və qəddar təqdim edilən Spassk malikanəsinin sahibəsini, Varvara Petrovnanı sevə bilməzdi. Bu qeyri-adi hörmət və şəfqətə layiq faciəvi taleyə malik qadının nəsibi bədbəxt uşaqlıq və tənha ölüm olmuşdur.
Mumu
MumuIvan Turgenyev · Helikopter Yayınları · 2015345 okunma
·
235 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.