·344 syf.····Okunma: 22 Kasım 2021 06:32 Cek Londondan bir şahəsər. Kitab uzun olsa da axıcı şəkildə maraqla oxunur. Bəyəndim. Əsərdə Sant Quentin həbsxanasında edam cəzasına məhkum olunmuş professor olan bir məhbusun dilindən yazılıb. Maraqlıdır Cek Londonun dostu bu həbsxanada 5 il yatıb. Kitabda həbsxana həyatının iyrənclikləri, məhbuslarla necə zalımca davranmaqlarından bəhs olunur. "Dəli köynəyi"nin içində 1 saat keçirdiyinizi düşünün. İndi bu müddəti 240 saata uzadın. İnanılmazdır elə deyilmi?! Daren Standing ürəyi partlayıb ölməsin deyə bəzi zehni fəndlər işlədir. Və orda olan 2 məhbus dostu ilə divara vuraraq şifrəli bir dil yaradıb söhbət edirlər, ara sıra şahmat oynuyurlar)) və ən maraqlısı şüurunu bədənindən ayıraraq, astral səyahətə çıxır, keçmiş yaşamlarına qayıdır (təbiiki buna inanmıram)) gah misirdə bir qul olur, gah koreyada bir kral, gah sevdiyi uğrunda döyüşən bir muşketyor, gah adada 8 il tək başına yaşayan dənizçi olur gah missurili balaca bir uşaq)) əsərdə insan iradəsinin nə dərəcə güclü olduğu qabardırılır. Əslində qabardılmıyıb, əksinə az belə deyilib.
Qısacası bu əsəri çalışın mütləq oxuyasınız.