Gönderi

Yaşamaq üçün
Bəzi adamların qaçım gözündən təki sənin gözün üstümdə olsun. Xətrimə dəyiblər yenə, əzizim , xətrim, bilirsənmi, sığal istəyir. Mənim ürəyimdə ilham ağrısı, ilhamsız kəslərdən macal istəyir. Qulaq as efirdən gələn səsə: "Səadət hər kəsin öz əlindədi". Səadət hər kəsin öz əlindəsə, bizim çəkdiyimiz iztirab nədir?! gəl, görüm... gəl, görüm səni, necə darıxmışam bir qılıq üçün. Sonra evinizə ötürrəm səni, səni görməliyəm yaşamaq üçün.
Sayfa 45
·
180 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.