Gönderi

5/10
·255 syf.··
2021 4. kitabı
Normalda fantastik, xəyal aləminə bağlı kitabları sevən biri deyiləm. Mark Levi'nin "Bəlkə də bu həqiqətdir" kitabını da tövsiyə edildiyi üçün oxumuşdum. Kitab axıcı dillə yazılsa da, fantastik olduğu üçün ilk başda aldığıma peşman olmuşdum. Sıxıcı və sıradan gəlməyə başlamışdı. Ama bir müddət sonra marağlı olmağa başladı. Kitabın başlıca qəhrəmanı Loren olsa da, kitabda ən təsirləndiyim yer Artur'un həyatı idi. Bir çox yerlərdə bu əsər sevgi romanı kimi tanıdılsada, mənim üçün kitabın eşq romanından daha çox ana və oğul arasındakı bağların qələmə alınması idi. Və ən təsirli yeri də mənim üçün o oldu. Kitabın bizə verdiyi başlıca mesaj, hər anımızın dəyərini bilməkdi. Və kitabdan bir alıntıyla qısa olan yazımı sonlandırıram:) "Əgər həyatın 1 ilinin nə demək olduğunu anlamaq istəyirsənsə, bu sualı ilin sonunda imtahandan kəsilən tələbəyə ver. Həyatın bir ayını uşağını vaxtından öncə doğan və onu qucağına ala bilmək üçün inkubatordan çıxmasını gözləyən anadan soruş. Həyatın bir gününü bir birilə görüşəcək sevgililərdən soruş. Həyatın bir saatını liftdə qalmış klaustrofobiyadan əziyyət çəkən adamdan soruş. Həyatın bir anını maşın qəzasından salamat qurtarmış adamdan və ya bütün həyatını qızıl medal qazanmaq üçün idmanla məşğul olmuş, ancaq olimpiada yarışları zamanı gümüş medal qazanmış idmançıdan soruş." (Səhifə/234) Və birdə ən təsir edici alıntı) Bilirsən həmin günün səhəri məni nə təəccübləndirdi. Binalar hələdə əvvəlki kimi yerində idi, küçələrdə maşınlar yenə də şütüyürdü, piyadalar əvvəlki kimi addımlayırdı. Elə bil dünyamın tamamilə məhv olduğundan heç xəbərləri yox idi... (səhifə/97~98) Bu dünyada Artur'un tutunacağı tək insan olan anasını itirdiyində, dünyasının tamamən məhv olmuşluğ hissini ifadə etməsi ən təsirli yerlərindən idi kitabın... Və demək olar ki, kitabın elə ən gözəl yerləri də o hissə idi)
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0954 okunma
·
133 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.