Gönderi

132 syf.
8/10 puan verdi
·
Read in 10 hours
9 ildə Bakı
Kitabı ilk dəfə 4 il öncə oxumuşdum deyə hekayənin necə başlayıb necə bitdiyini bilirdim. Lakin bəzi kitablar ikinci dəfə oxunmağa layiqdir ki, bu da onlardan biridir. 2012-ci ilin Bakısından o dövrün insanlarından bəhs etməyinə rəğmən, kitabda polislərin Mələyin cibini yoxlaması, axundun təbliğ etdiyi şeylərə inanmaması, baş qəhrəmanın ailəsinin tipik azərbaycan ailəsi olması kimi detallar var idi ki, onlar oxuduqca gördüm ki, 9 il keçməsinə rəğmən Azərbaycanda heç dəyişməyib. Janr fantastik olmasına baxmayaraq, sadəcə Mələk fantastik obraz idi. Qalan hər şey bildiyimiz bakı reallığı idi. Məmurlar, hakimlərin davranışı, heç nədən xəbərsiz idarə edicilər 2021-in siyasi dövlətlərini xatırladır. və əgər bir dövlətin vətəndaşısansa, sənin dinin inancın hər şeyin daxilində yaşayacağın qədər mövcuddur. Mələk 2021-in Bakısına da gəlsəydi, nə qədər müqəddəs olursa olsun, hansı Allah göndərirsə göndərsin, onun talehi bir dövlətin sözü keçən adamlarının əlində olacaqdı
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,565 okunma
·
524 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.