8/10
·54 syf.··
Beğendi
·
2021 26. kitabı
·
25 saatte okudu
·
Okunma: 21 Ağustos 2021 00:00
Ermiş - Halil Cibran Son vaxtlar sevilərək oxunan əsərlərdən olduğu üçün mənim də diqqətimi çəkdi və oxudum... Aforizmalar ilə zəngin olan, oxucusuna səni tanıyıram deyən, söhbət tərzi yazıldığı üçün insanda daha səmimi hislər yaradan bu əsər sevgi, eşq, evlilik, ailə, din, zaman, cəza, dostluq, sevinc və s. kimi həyatımızın tamamını dolduran duyğu və hadisələrin mənalarını izah etməklə bir dərs xarakteri daşıyır. Bütün bunlar 12 il Orphalese şəhərində qalan, öz yurduna qayıdarkən şəhər əhalisi ilə vidalaşan El Mustafanın dilindən 26 başlıq altında nəql edilir. Əsəri sevənlər çox sevir. Mənim üçün möhtəşəm olmasa da oxuyanın özünə nəyisə qatacağı üçün bəyəndiyim bir əsər oldu. Altını xətlədiyim cümlələr olduqca çox oldu. Oxuyanların təsirlənəcəyinə, özündən, həyatından bir parça tapacağına inanıram. Siz də fəlsəfi düşüncələrə önəm verirsinizsə oxuya bilərsiniz. 20.08.21 21.08.21
ErmişHalil Cibran · Türkiye İş Bankası Kültür Yayınları · 202385,4bin okunma
·
35 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.