Gönderi

Sevgi hərşeyi qəbul edirmi. Nə olur olsun hərşeyi geridə qoya bilir mi. Hər zaman sıfırdan başlaya bilirmi. Sevgi hərşeyi bağışlayır mı. Sevirsənsə silə bilərsən mi. Unudarsan mı. Bu sualların cavabını bilmək üçün gərək yaşayasan mı. Təxmin etsən, xarakterinə güvənsən olmur mu. Həyat həmişə mi ummadığın yerdən vurur. Heç demirmi ki, bu dəfə də istədiyin kimi olsun incinmə, yaralanma. Niyə qoymur ki, güvənin sarsılmasın, xəyal qırıqlığına uğrama, yanılma , çökmə. Niyə həmişə ayaqların üstə durmaq üçün, güclü qalmaq üçün zərbələr almalısan. Niyə yaşadığın yetmir həmişə birazda artığı gəlir üstünə. Niyə tam güvəndiyin anda , ən sevdiyin insanla sınayır. Budu mu insanın sınağı, dünyaya gəliş səbəbi. Sınaqlar olmasa sadəcə yaxşı insan olsaq yetmirmi. Ümumiyyətlə niyə heçkim heçnə ilə yetinə bilmir. Niyə hamı səhv etməyə məhkumdu. Yaxşı son sual. Niyə dünyaya gələndə soruşulmur ki, yaşamaq istəyirsən mi?:( Zərifə Əşrəfli
·
287 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.