Gönderi

250 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 30 hours
Seyranın çox sevdiyi və hər dəfəsində də təkrar-təkrar zövq alaraq oxuduğu bir əfsanə var:"Tor və Torağay əfsanəsi".Bu əfsanə həm də bir çobanın illər öncə söylədiyi şeirdir.  Əsərdə hadisələrin bir çox sarsılmaz olan sıldırımlı dağ belinin ətrafında baş vermişdir.Və bir də adı daima nəğmələrdə çəkilən, görünüşü ilə də qəlbləri fəth edən torağay quşu var. Bu çəmənlik onların əbədi oylağı olmuşdur.Əsərin digər qəhrəmanları Amur,Azradır.Bir birinə yad olan insanlar və söylənilən kəlmələr... Əsər bölümlər şəklindədir.23 bölüm var və mənim ən bəyəndiyim "Tor və Torağay əfsanəsi","Solğun və Məğlub","Mən səni sevirəm" oldu.Qeyd edim ki,hər bir bölüm sıxmadan,maraqla irəliləyir və bunda yazarımızın duyğuları necə gözəl təsvir etməsinin də payı var. Bəyəndiyim və tövsiyə etdiyim əsərlərdən oldu.
Zehnin Kəlməsi
Zehnin KəlməsiAli Ahlas · Xan Nəşriyyatı · 08 okunma
·
475 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.