Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

344 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
"Bismillahir-rəhmanir-rəhim"
Əsərdə hadisələr İraqın Həsəni şəhəri yaxınlığında yerləşən Tel-Yarımcada baş verir. Bu ərazidə Amerika ekspedisiyası tərəfindən arxeoloji qazıntı işləri aparılır. Əsər ekspedisiyanın rəhbəri isveçli arxeoloq Erik Leydnerin həyat yoldaşı üçün tibb bacısını işə götürməsi ilə başlayır. Luiz Leydner anonim məktublar yazaraq onu öldürəcəyi ilə təhdid edən keçmiş həyat yoldaşından qorxur, onun psixoloji vəziyyətinin pis olması isə Mister Leydneri narahat edir. Məsələ burasındadır ki, bir müddət sonra Missis Leydner öldürülür. Onun ölümündən arxeoloji ekspedisiyanın üzvü olan 8 nəfər və tibb bacısı şübhəli hesab olunur. Görəsən Luiz Leydneri ekspedisiya üzvlərindən biri öldürmüşdü, yoxsa keçmiş həyat yoldaşı? Çoox maraqlı və axıcı bir əsər idi. Qatilin düşündüyüm şəxslərdən biri olması və qətlin düşündüyüm motivlə baş verməsi əsəri daha çox bəyənməyimə səbəb oldu.
Mesopotamiyada Qətl
Mesopotamiyada QətlAgatha Christie · Qanun · 20161,103 okunma
·
320 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.