Öncəliklə bu kitab haqqında bunu deyə bilərəm ki,80 səhifədən ibarət olub içində bir dünya yatan kitabdır. 1 saatımı aldı,ancaq unuda bilməyəcəyim şeylər qazandırdı mənə. Kitabın gedişatına baxdıqda heç de yad gəlmədi. Çünki indiki zamanda insanların əksəriyyəti də belədir. Sırf xarici görünüşü normal deyil deyə və ya haqqında pis bir şey eşitdiyi üçün başlayırlar alçaltmağa. Gonbulun (Elizabethin) seçdiyi yolu,etdiyi hərəkətlərin əsla tərəfdarı deyiləm. Ancaq birini sevməyə,onun həyatını bəyənməyə bilərik. Özümüzü onun yerinə qoyub "mən olsam etməzdim" deməklə deyil. Hər kəs hər kəsə hörmət etməlidir. Ac olanda Gonbul kömək etdi,
məhkum qalanda Gonbul kömək etdi. Sonda onu fahişəliyinə görə "ağlı olardı etməzdi" dedilər. Həyatda insanlarda belədir, işləri həll olana qədər ən pozğun insan belə gözlərində müqəddəs olur. Sonda isə ağlı olardı etməzdi olur. Gonbula sonda ürəyim ağrıyırdı:( Hər kəsi qınamağa gücləri çatan,hər kəsi alçaltmağdan çəkinməyən insanları qarşınıza qoyaraq bu kitabı oxumaq lazımdır. bəlkə qınamaqdan, alçaltmaqdan əl çəkərlər.