Gönderi

10/10
·248 syf.··
2021 41. kitabı
“Şirin portağal ağacım” romanı isə brazilyalı yazıçı Jose Vaskonselosun avtobioqrafik əsəridir. Onu da qeyd edim ki, yazılanların real həyatdan götürüldüyünü xatırlayanda əsərə qarşı maraq daha da artır. Kitab çox axıcı və şirindir)Xüsusən oxumağa bir şey tapmır və ya mənimkimi son zamanlar əlinizə aldığınız bütün kitabları yarım qoyursunuzsa, bu kitab idealdır. Əsərdə bəyənmədiyimi hissə olmadı. Sadəcə Portuqa haqqında daha çox məlumat olmasını istəyirdim.Portuqanın həyat tərzi, ona aid ayrıca bölmə yazılsın istəyərdim. Düzünü desəm Portuqanı Zezedən daha çox sevdim :DZeze çox həssas, yaşıdlarından düşüncəsi və çoxbilmişliyi ilə olduqca fərqlənir. Mənə görə Zeze və Portuqanı da bir-birinə bağlayan budur. Əsərdə ən sevmədiyim obraz isə Zezenin atası oldu. Əvvəlcə, işsiz olub çox fikir etdiyinə görə ona yazığım gəlirdi, tipik öz uşaqlarını düşünən həyatını onlara həsr edən bir ata obrazı olar deyə düşünsəm də, sonda haqsız yerə əsəbini Zezedən çıxarmağını, onu döyməyini düzgün hesab etmədim. Hamıya tövsiyə edirəm mütləq oxunmalı kitabdır:)
Edebiyat
Şirin Portağal AğacımJosé Mauro de Vasconcelos · Parlaq İmzalar Nəşriyyatı · 2018275bin okunma
·
118 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.