Gönderi

Ulvi İsayev

Ulvi İsayev

, Updated the 2022 reading target.
Buradan 1 k kitab rəhbərliyinə səslənirəm, daha doğrusu yazılı müraciət edirəm. Kitabı hədəflərə endirmək nə qədər düzgündür? Gələcək üçün qarşımıza qoyduğunuz hər hədəf, gələcəkdə keçmiş zəifliklərimizi xatırladan damğa olacaq. İstər çataq, istər yox. Həm də hədəf, həyat ruhunu öldürür. Deyək ki, Ülvi 100 kitab hədəfi qoydu və 100-ünü də oxudu. Fəqət ki, Ülvi sadəcə 100 kitab oxudu, yalnızca hədəfinə çatdı, başqa heçnəyə.Həyat elə deyil, həyat zəngindir. Bir də ki mənim sonuncu oxuduğum kitab fayda baxımından əvvəl oxuduqlarımın haradasa 30 dənəsi dəyərindədir, bunu necə izah edir bu hədəf şkalası? Alınası iş deyil əşi. (Haha, bəlkə də bunlar mənim gənclik isyankarlığımın təcəssümüdür, bilmirəm. Hər halda hələ ki belə fikirləşirəm) Onsuz da həyatımızda o və ya bu şəkildə “hədəflərə” məruz qalırıq, heç olmasa kitablarda sərhədsiz olaq.
2022 READING GOAL
50/11 books - %455 completed
50 books read
11 books
10.5k pages
9 reviews
613 quotes
·
359 views
Bu yorum görüntülenemiyor
VüsaIe Quluzadeh okurunun profil resmi
🙈🙈Sale kimi bu nedi,ya 10ele ya 15🙊
Ulvi İsayev okurunun profil resmi
Dostlar, əvvəl əlim dəyib səhvən əlavə etmişdim 11 kitab hədəfini, ancaq sonradan silməyib, üstünə bir mətn də yazdım. Yəni mətni səhvən yazmamışam😂.
İsazadə Şövkət okurunun profil resmi
Məncə biraz həvəslənmək üçündü, hədəfimə çatım deyə daha çox oxumaq istəyirsən.
Ulvi İsayev okurunun profil resmi
Elə isə bütün hədəflərinə çatmağın diləyi ilə :)
2 next answer
Aytaj okurunun profil resmi
Bunu silmek olur narahat olmayin isdemirsizse size komeklik edim silin
Ulvi İsayev okurunun profil resmi
Yox, silməyi bildim. Yazını düzənləyərək yazdım, yəni sonradan əlavə elədim. Yenə də təşəkkürlər :)
Ölmüş okurunun profil resmi
İnsan qarşısına bir hədəf qoyursa və o hədəfə çatmaq üçün mübarizə aparırsa ,öz özünə deyirsə "mən mütləq bu hədəfə çatacam" və dediyini də edirsə artıq onun özünə olan özgüvəni güclənir. Gələcək üçün qarşımıza qoyduğumuz hədəflər gələcəkdə dönüb arxaya baxdığımızda öz özluyümüzdə nələri başardığımızı göstərəcək olan nişanlardı belə deyək. Bu zəiflik deyil Tutaq ki Ölmüş 10 kitab oxumağı hədəfləyir müəyyən zaman çərçivəsində və həmin zaman dolduğunda Ölmüş hədəfinə çatıb və həmin kitabları oxuyub bu o demək deyil ki fso bitdi mən istədim və istəyimə nail oldum ,xeyir bu bizi daha da ruhlandırır və daha çox şey üzərinə nəzərlər yönəlir . Bilmirəm fikrimi nə dərəcədə ifadə edə bildim ama yəqin ki anlaşıla bilən bir dildə izah etdim
Ulvi İsayev okurunun profil resmi
Fikriniz olduqca aydındır.Hansısa hədəfə çatanda seviniriksə bir o qədər də çatmadığımız hədəflər bizi üzəcəkdir. Ona görə də, mən özümə hədəfdən asılı olmamağı lazım bilmişəm
Ulvi İsayev okurunun profil resmi
Əlim dəydi basdım buna, mən hədəfə zad qarşıyam. İndi də silə bilmirəm. Necə silirlər bu hədəf paylaşımını.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.