Gönderi

Yazdığım məktubları küçəmizin baş tərəfində yerləşən məktub qutusuna atıram. Sübh tezdən evdən çıxarkən qutuya elə baxıram ki, sanki sənin məktublarını o mənə verir. Dərsdən qayıdan kimi ilk işim o qutunu yoxlamaq olur. Bəzən mənə elə gəlir ki, bu məktub qutusu laqeydcə gülümsəyərək məni ələ salir.
·
66 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.