Gönderi

80 syf.
·
Not rated
·
Read in 3 days
Niçşe alman filosofudur, orda doğulub böyüsə də, heç vaxt bir yerə bağlı qalmamışdır, filosofa görə, dəyişilməyən hər şey ölümə məhkum idi. O daim dəyişilərək öz alovunda yanaraq yenidən doğulurdu. Son günə qədər. Bir gün İtalyanın Torina şəhərində Nitsşe görür ki, faytoncu atını qırmancla vurur, atın yeriməyə halı yox idi...amma o dayanmadan vururdu. Niçşe qaçaraq atı qucaqlayır və ağlamağa başlayır. Və o gündən sonra heç nə əvvəlki kimi olmur, kobud dildə desək, dəli olur. Kitabı oxuyanda ağlıma nədənsə bu əhvalat gəldi, hardasa oxumuşdum. Monoqrafiyadan sonra, onun keçirdiyi həyat tərzi, özünü insanlardan necə təcrid etməsi, düşüncələri içində necə boğulması, ətrafında insan axtardığı zaman artıq ona əl uzadacaq heç kimin olmaması..bunlar hamısı onu ağlını itirməsinə qədər aparırdı, son damlası isə atı qucaqlayara "ana, mən axmaqam" deməsi ilə qoymuşdu. "Böyük insan uzaqlaşdırılır, sıxışdırılır, əziyyət edilərək yüksəldilir tənhalığa" və tənhalıq ən güclü insanları öldürür. Özünün də dediyi kimi "tərkedilmiş başqadır, yalnızlıq başqa".. Oxuyan olacaqsa, xoş mütaliələr!
İblislə Savaşanlar
İblislə SavaşanlarStefan Zweig · Alatoran Yayınları · 20121,397 okunma
·
677 views
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.