·184 syf.··Beğendi
···Okunma: 24 Aralık 2021 11:15 Bura bu kitabın incelemesinden daha çox içimi boşaltmaq istəyirəm. Buna ehtiyac duyuram sadəcə, çox bitkinəm.
Şübhəsiz hal-hazırda həyatımın ən çətin dövrünü yaşayıram. Hər bir baxımdan.. Psixologiyam məhv olmuş durumdadır. Və günü gündən hər şey daha da bərbad vəziyyətə doğru gedir. Sağdan soldan problemlər, yersiz məsuliyyətlər. Ən faciəvisi də canından daha çox sevdiyin, nə də olsa, nə də baş versə, ən çətin durumunda belə yanında olub səninlə birlikdə dibləri yaşayan birisinin indi yanında olmamasıdır.. ola bilməməsidir. "Bir gün hər şey yaxşı olacaq" ümidi olmasa hər an hər şeyə son verməyə hazıram. Bilirsiz, sadəcə sonu maraqlıdı, hər şeyin yaxşı olub olmayacağını görmək, bunun üçün hər şeyimi verərəm, və o ana qədər dözəcəm, dəli olsam da, məhv olsam da dözəcəm..
Son zamanlar çox kitab da oxuya bilmirəm, hətta bu hedefi tamamlamaq kimi bir fikrim də yox idi. Çünki indi uzaqlarda olan birinin sayəsində tamamlayacaqdım, bu da mümkünsüz idi. Yenə də onun kitabına, o gələnə qədər yaxın durmayacağam. Başqa kitab da oxumaq könlümdən keçmirdi. Amma keçən dəfə bütün problemlərin tənhalığımla birləşib mənə əzab verdiyi bir zamanda sükutla kitab rəfimin qarşısına keçdim. Və içimdən bir səs sadəcə "bu kitabı götür və oxu dedi." Tərəddüd etdim, amma götürdüm və oxudum, az öncə də bitirdim. Düşünürəm ki, bir kitab oxunmaq üçün ancaq bu qədər yerində seçilə bilərdi. Yəni məhv olmuş şeylərin arasında bu kitabı oxumaq məni çox incitmiş olsa da, duyğulandırsa da, azca da olsa çox xoşbəxt hiss etdirdi. Buna çox ehtiyacım var idi. Daha çox baş roldakı uşaq haqda danışmaq istəyirəm, Zeze. Bir növ mənə az öncə bəhs etdiyim məndən uzaq düşmüş dostumu xatırladırdı. Hər bir dialoqu ilə, hər bir hərəkəti ilə, içində ki həyat sevgisi ilə, həssas, saf xoşbəxtliyi ilə, aşıb daşan uşaqlığı, mələk qəlbi və bitməyən sevgisi ilə.. Bunları xatırlamaq çox xoş idi, çox..
Kitabı oxuduqca uşaqlığım yadıma düşürdü, boşa getmiş sıxıcı uşaqlığım kövrəlirdim. Yenə də şükürlüyəm uşaqlığı daha bərbad keçmiş olanlar da var. Bu kitab haqqında yazılan incelemeleri oxuyurdum, çox insan gec oxuduğuma peşmanam kimi cümlələr işlədirdi. Yəqin ki yaşlarından dolayı, kitabı uşaq vaxtı oxusaydılar daha çox şey qatacağını düşünərək belə deyirdilər. Təbii bir növ uşaq kitabı hesab etmək olar, ancaq niyə gec olsun ki oxumaq, məncə heç də gec deyil, zatən o qədər kitab içində çoxuna gecikəcəyik, bəlkə də gecikmişik də, amma bu.. Bu insanda heç bir zaman yox olmamalı olan hisslərə, nöqtələrə toxunan bir kitabdır. Hər bir insanın içində olan o uşağı.. Bu hissəsini anlatmaq mənim üçün çətindi. O da "Camal, içindəki, uşağı tap, ona sarıl və onu heç buraxma.." deyirdi. Bunu da bilirəm, yaşadığı hadisələrdən dolayı və ya başqa problemlərdən dolayı həmin o uşaqlıq qatarını qaçıranlar da var. Onlar üçün deyə biləcəyim bir şey yoxdu. Sadəcə nə qədər gec deyil siz də sadəcə içinizdəki uşağı qoruyun.. bu yəni, başqa bir şey deyə bilmirəm.
Yuxarda kitabın məni incitdiyini dedim, bu barədə də qısa bir şey yazım. Demək kitab bir yandan mənim ən həssas olan nöqtəmə çox pis bir şəkildə toxundu. Bu kitab bizə kasıb amma çox üzvü olan bir ailə haqda bir hekayəni göstərirdi. Və bu ailənin bir hissəsini çıxmaq şərtilə qalan bir balaca hissəndəki o bacı və qardaşlıq şəfqəti o qədər sarsıdıcı idi ki, Gloria'nın təmsilində bacı olmağın, Zezenin də gözündə qardaş olmanın tilsimi.. ah, çox ağrıdıcı idi, çox. Heç vaxt gerçəkləşməyəcək olan xəyallarımdı bilirəm, yenə də çox xoş və bərbad idi. Hal hazırda bura yazmaq üçün həmin barədə kitabdakı dialoqlardan birini yazmağı düşünürəm. Amma hamısı bir birindən sarsıdıcıdı, və bu mənə çox əziyyət verir. Ona görə bu yazını burda sonlandırıb yenidən və yenidən uzaqlara dalmaq istəyirəm, hələlik..