7/10
·168 syf.··
Beğendi
·
2021 4. kitabı
·
5 günde okudu
·
Okunma: 25 Aralık 2021 01:04
Kitab iki hissədən ibarətdir, birinci hissədə qəhrəmanımız Toni Vebsterin uşaqlıq və gənclik illərində yaşadıqları onun ağlında qaldığı şəkildə nəql olunur. Bu hissə daha çox xoşuma gəldi, çünki ingilislərə xas ironiya yazarın az qala hər səhifədə etdiyi göndərmələr, uşaqlıq şıltaqlığı və gənclik alovu ilə birləşib çox dadlı mətn ortaya çıxarıb. Lakin, ikinci hissədən tam olaraq gözlədiyimi ala bilmədim. Bu hissə də çox yaxşı alınıb, lakin istər-istəməz ərşə çıxan gözləntimin altında qaldı. İkinci hissədə Toni keçmiş ilə üzləşir, 40 il əvvəl yaşadıqlarını təkrar xatırlamalı olur. Bir əmma var ki, beynimiz zamanla keçmişi olduğu kimi saxlamır, onu bizi xoşbəxt edəcək şəkildə dizayn edir. Bu da Tonini dolaşığa salır, əsl gerçəkliklə üzləşdikdə ömrünün ahıl çağında vicdan əzabı çəkməsinə səbəb olur. Kitabın oxuyucunu düşündürən açıq sonluğundan əvvəl Antoninin dilində "Qarışıqlıqdır, böyük qarışıqlıqdır" ifadəsi işlənir. Kitabı da belə özətləyə bilərik. Ya da qatili olmayan detektiv roman deyib keçmək mümkündü
Aqibət duyğusuJulian Barnes · Yay · 03,559 okunma
·
170 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.