#okudumbitti
️İnsanın mutlu olması ve bu mutluluğu başkalarına da vermesi bazen ne kadar kolay oluyor! diyordu. Hep böyle, evet tam o anda olduğu gibi yaşamalıydı insan. Ama gerçek hayat bu değildi. Mutluluğun yanısıra, peşini hiç bırakmayan, insanın ruhunu, bütün hayatını allak bullak eden felâketler, mutsuzluklar da vardı.️
Hər vaxtınız xeyir olsun dostlar.
Sizlərə bu səfər Çingiz Aytmatov-Bəyaz Gəmi kitabıyla gəldim.
Uşaq vaxtı Çingiz Abdullayevlə qarışıq saldığım, uzun müddət Azərbaycan yazıçısı bildiyim yazarın məşhur Qırğız yazarı olduğunu sonralar bildim.
Selvi Boylum Al Yazmalım kitabında Sevgi Əməkdir deyərək hamımıza əsl sevginin nə olduğunu öyrədən yazarın Bəyaz Gəmi əsəri də olduqca maraqlı idi.
Kitab bir babanın kimsəsiz qalan nəvəsinə qarşı hiss etdiyi sevgidən və bu sevginin yolunda çəkdiyi əzablardan bəhs edir. Baba nəvəsinin yoluna çıxan qəddar insanlarla mübarizə apararkən eyni zamanda nəvəsinə nağıllarla insanlıq dərsi keçməyi də unutmur.
Ee, oğlum, insanlar akılları ile değil de zenginlikleriyle tanınmaya, büyüklenmeye kalkışırsa, bunun sonu kötü olur.
Kitabda babanın nəvəsini aldığı yeni çantayla sevindirməsi məni uşaqlığıma apardı. Çox kasıb vaxtlarımızda yeni bir geyimin və ya yeni bir məktəb çantasının mənə bəxş etdiyi sevincləri indiki uşaqlarda görə bilmədiyimizi xatırlatdı. Elə indinin özündə də men anamın aldığı nəsə bir şeyə o vaxtı kimi sevinirəm. Gəldiyim yeri unutmadığım üçün...Bu zamanda uşaqlar özlərinə yalnız planşet və telefon alınanda sevinirlər.
#beyazgemi
#cengizaytmatov
#kitap
#mecrakitap
#book
#kitab